Bu şirkətlərin kolbasa və sosiskalarında uyğunsuzluqlar müəyyən edilib - SİYAHI
"Səhliyalı" Kiçik Müəssisəsi, Rəhimovların Ailə Təsərrüfatı, "Sevilən Ad" MMC və "Ovçular Ət və Ət Məhsulları" MMC-nin kolbasa və sosiska məhsullarında uyğunsuzluq aşkarlanıb.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, bununla əlaqədar, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumillikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.
6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.
Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.
Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.
Uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)


