Azərbaycana avtomobil idxalı kəskin bahalaşıb
Avtomobil idxalı miqdar ifadəsilə 21,6%, məbləğ ifadəsilə isə 66% artıb. İdxalın dəyərinin (məbləğinin) miqdardan daha sürətlə artması avtomobillərin bahalaşdığına işarədir.2023-cü ilin ilk rübündə (yanvar-mart) Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal edilib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə (66%), miqdar ifadəsində isə 3 min 697 ədəd və ya 21,6% artıb.
2022-ci ilin ilk rübündə Azərbaycana 189 milyon 354 min dollar dəyərində 17 min 102 ədəd nəqliyyat vasitələri idxal edilmişdi.
Ötən ilin ilk rübündə minik avtomobillərinin idxalı 15 min 934 ədəd ikən, 2023-cü ilin ilk rübündə 19 min 264 ədəd təşkil edib.
2023-cü ilin ilk 3 ayında Azərbaycana 3 min 47 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 408 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Ötən ilin ilk ayında bu saylar müvafiq olaraq 3 min 140 ədəd və 70 ədəd idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
21 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 23 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub


















.jpg)





