NEQSOL Holding “YAŞAT” Fondu ilə şəhid və qazi ailələrinə dəstəyini davam etdirir
(®) NEQSOL Holding tərəfindən “YAŞAT” Fonduna 500 min manat vəsaitin ayrılması barədə Anlaşma Memorandumu imzalanıb.
Sənədi “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıb.
Köçürülmüş ianə hesabına Ramazan ayında 325 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə müxtəlif sosial dəstək göstərilib: tibbi xidmətlər, məişət şəraitinin yaxşılaşdırılması, kredit və təhsil xərcləri maliyyələşdirilib.
Holdinq tərəfindən ayrılan vəsaitin digər hissəsi isə xüsusi sosial layihələrin icrasına yönəldiləcək. Bu sırada elan edildiyi kimi Fond tərəfindən 1000 nəfərdən çox şəhid övladının məktəb ləvazimatları ilə təminatı və digər layihələrin icrası nəzərdə tutulur.
Beləliklə, 2021-ci ildən NEQSOL Holding-in qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumən 3,2 milyon manatdan çox vəsait ayırıb.
Bunlara əlavə, holdinqin tərkibindəki Bakcell şirkəti bu il Ramazan bayramı ərəfəsində Xəzər rayonunda İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 174 şəhid və qazi ailəsinə ərzaq yardımı edib.
NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)



