Görün Bakıda şirkətə necə ziyan vurulub
Bakıda fəaliyyət göstərən şirkətlərdən birinə külli miqdarda ziyan vurmaqla törədilən cinayətin üstü daxili işlər orqanları əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat nəticəsində açılıb. Bu hüquqazidd əməli törədən qrupun üzvləri zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, paytaxt ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə müraciət edilib.
Məlumat daxil olan kimi Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi (BCAİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 17-ci polis bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib.
Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin soyğunçuluq hadisəsinin Bakı sakinləri Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyənləşdirilib. Görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.
Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı qeydə alınan soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinədarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova olduğu müəyyənləşib.
Araşdırma zamanı məlum olub ki, S.Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsirin aradan qaldırmaq üçün əvvəldən tanıdığı, dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib.
T.Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb. T.Quliyev S.Məmmədovadan qeyd edilən pulu götürüb mərc oyunlarına qoysa da, həmin pulu uduzub. Bundan sonra S.Məmmədovanın MMC-nin xəzinəsində olan kəsiri daha da artdığından dəstə üzvləri başqa plan qurublar. S.Məmmədova əvvəlcədən T.Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb. Hadisə günü T.Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birlikdə sonuncuya məxsus “Niva” markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə həmi cinayəti törədiblər. Plana görə S.Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib.
Amma qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü “isti izlər”lə açmaq mümkün olub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
4 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
8 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
9 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb





















