“Çınqıllı” su istehsalı müəssisəsi fəaliyyəti bərpa olunub
Şahbuz rayonunun Keçili kəndindəki “Çınqıllı” su istehsalı müəssisəsi fəaliyyətini daha müasir formada davam etdirəcək.
Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, mənbəyini kəndin səfalı dağlarından götürən saf bulaq suyu müəssisədə qatqısız və təbii şəkildə qablaşdırılır.
Qabaqcıl ölkələrin istehsalı olan avadanlıqların quraşdırıldığı müəssisənin istehsal gücü gündəlik 42 tondur. Burada 4 istehsal xəttində 8 çeşiddə, 2 növdə - şüşə və plastik qablarda təbii bulaq suyu istehsal olunur. Yüksək keyfiyyətlə qablaşdırılan məhsullar muxtar respublikanın satış və xidmət obyektlərinə, eləcə də ölkə bazarlarına çıxarılır. Müəssisədə Keçili kəndindən 10 sakin işlə təmin olunub. İlin sonuna işçi sayı 30 nəfərə çatdırılacaq.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev kənd yaşayış məntəqələrində bu cür istehsal müəssisələrinin fəaliyyətə başlamasını Naxçıvanda sosial-iqtisadi inkişafa mühüm töhfə kimi dəyərləndirib. Bu layihə çərçivəsində Naxçıvanda yüzlərlə yeni iş yerləri yaradılacaq.
Muxtar Respublikanın kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova vurğulayıb ki, yaxın günlərdə Bakı şəhərində kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgidə Naxçıvanın “Çınqıllı” suyu da öz yerini alacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)



