Faiq Məmmədova məxsus investisiya şirkətinin gəlirləri və xalis mənfəəti kəskin azalıb
"PSG-Kapital İnvestisiya Şirkəti" QSC 2022-ci ili 863 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2021-ci ili 1 milyon 718 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PSG-Kapital"ın xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 855 min manat və ya 49,7% (təxminən 2 dəfə) azalıb.
Marja.az xəbər verir ki, "PSG-Kapital"ın cəmi gəlirləri 2021-ci ildə 3 milyon 7 min manat ikən, 2022-ci ildə 2 milyon 88 min manata düşüb (919 min manat və ya 30,5% azalıb). Ötən il anderraytinq üzrə gəlirlər 8 dəfədən çox azalaraq 2021-ci ildəki 856 min manatdan 2022-ci ildə 108 min manata düşüb. Şirkətin investisiya məsləhətləri üzrə gəlirləri 2 dəfə, dilinq gəlirləri 4 dəfədən çox azalıb.
Ötən il "PSG-Kapital"ın faiz, idarəçilik və broker üzrə gəlirləri artıb. Lakin bu artımlar digər xidmətlər üzrə azalmaları kompensasiya edə bilməyib.
"PSG-Kapital İnvestisiya Şirkəti" QSC səhmlərinin 100%-i Faiq Ağababa oğlu Məmmədova məxsusdur.
ŞİRKƏTİN RƏHBƏRLİYİ DƏYİŞDİRİLİB
Bir müddət əvvəl "PSG-Kapital İnvestisiya Şirkəti" ASC-nin İdarə Heyətinin (İH) sədri Şahin Rəcəbov vəzifəsindən azad edilərək qurumun Müşahidə Şurasının (MŞ) sədri təyin olunub. O, yeni vəzifəsində Vüqar Mirzəyevi əvəz edib. MŞ-nın keçmiş sədri bundan sonra fəaliyyətini Şuranın üzvü kimi davam etdirəcək. "PSG-Kapital"ın İH-nə sədrlik isə Fərid Məmmədova həvalə edilib. O, bundan əvvəl "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin Əməliyyatlar departamentinin direktoru olub.
İnvestisiya şirkəti Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)



