Rabitəbank Visa ilə tərəfdaşlıqda Mobil POS xidmətini istifadəyə verdi!
(®) Hər zaman yeniliklərə açıq olan və innovativ həllər tapan Rabitəbank müştəriləri üçün Visa ilə tərəfdaşlıqda yeni Mobil POS ödəmə xidmətini təqdim edib. Belə ki, bundan sonra həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar mobil telefonlarından POS terminal kimi istifadə edə biləcəklər.
Mobil POS ənənəvi POS terminalı əvəz edərək, Android mobil cihazlarından təmassız ödənişləri qəbul etmək imkanını yaradan unikal xidmətdir. Mobil POS ödəmə həlli sayəsində sahibkarlar alış-veriş zamanı ödənişləri müştərilərdən NFC-ni dəstəkləyən mobil telefon, smart saat, fitnes qolbaq və ya digər NFC-ni dəstəkləyən cihazlarla nağdsız qəbul etmək imkanını əldə edəcəklər.
Mobil POS ilə əlavə cihaza ehtiyac qalmır. Bununla da cihazın həm şəbəkə, həm də enerji bitməsi təhlükəsi aradan qalxır. Həmçinin, ənənəvi POS-terminaldan fərqli olaraq Mobil POS-a qoşulmaq üçün depozit məbləği tələb olunmur.
Bu xidmət kimlər üçün nəzərdə tutulub? Rabitəbank-ın təqdim etdiyi Mobil POS ənənəvi POS terminallara əla alternativdir, xüsusən də mobillik və çevikliyə ehtiyacı olan sahibkarlar üçün:
- İri çatdırılma şəbəkələri olan şirkət işçiləri (kuryer, taksi sürücüsü, yük daşıyan və s.)
- Kiçik bizneslərə (bərbər, dərzi, aptek, ayaqqabı təmirçisi, kiosk, meyvə-tərəvəz mağazası)
- Böyük idman və mədəniyyət tədbirlərində iştirak edən kiçik və orta biznes sahibləri
- Nisbətən kiçik həcmdə kart əməliyyatlarını qəbul edən və POS əldə etməsi sərfəli olmayan mağazalar
Mobil POS xidmətinə qoşulmaq üçün müştərinin pos-terminal alınması üçün lazimi sənədləri banka təqdim etmək və tapXphone və Rabita Business proqramlarını yükləməyi kifayətdir.
Mobil POS sifarişi qeydiyyata alındıqdan sonra müştərinin banka təqdim etdiyi mobil nömrəyə partnyorun veb portalına girişi üçün link və şifrə göndərilir. İstifadəçi adı xanasında müştərinin banka təqdim etdiyi mobil nömrə, şifrə xanasına isə bank tərəfindən müştəriyə sms vasitəsi ilə göndərilən şifrə daxil ediləndən sonra, müştəri bir sıra əməliyyatı banka müraciət etmədən icra edə bilər.
Qeyd edək ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 15 d. əvvəl
- 47 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı






.jpg)
.jpg)









.jpg)


