Depresiyanın yeganə dayanıqlı həlli idrakın transformasiyasıdır - MÜSAHİBƏ
Depressiyanın kökündən həlli antidepressant deyil. Antidepressantlar sizi müvəqqəti yaxşılaşdıracaq. Depressiyanının kökdən həlli insanın özünü dərk etməsində, idrakın transformasiya etməsindədir.Ötən məqlələrimizdə birində “Research and Markets” tərəfindən dərc edilmiş hesabat və proqnozları təqdim etmişdik. Məqalədə 2026-cı ildə dünya əhalisinin depresiyadan daha çox əziyyət çəkəcəyini bildirir. Təşkilat tərəfindən cari ilin fevral ayında yayınlanmış hesabata əsasən qlobal antidepresant bazarında 2021-ci ildə qeydə alınmış 15.16 milyard dollarlıq həcmdən 2022-ci ildə 16.44 milyard dollara qədər artım qeydə alınıb. Hesbatda antidepresant bazarının həcminin illik 8.2% (CAGR) artımla 22.57 milyadr dollara çatacağı proqnozlaşdırılır.
Mövzu ilə əlaqədar "Sanatana – İdrakın Transformasiyası Mərkəzi"nin təsisçisi və rəhbəri həkim qastroenteroloq Arzu Yusifovaya müraciət etdik.
- Arzu xanım, bu günlərdə “Research and Markets” və “İBİSWorld” təşkilatları tərəfindən maraqlı statistikalar yayımlandı. Təqdim edilən məlumatlara istinad edərək hesab etmək olar ki, antidepresant bazarı dünyada sürətlə böyüyən bazarlar içərisindədir. Belə tendensiyanın yaranmasının əsas səbəbi nədir?
- Ən önəmli səbəb insanların daha çox sürətlə dəyişən həyata ayaq uydurmaq istəyidir ki, bunu edərkən insan şəxsiyyətin strukturunu unudaraq və ya bu barədə məlumatsızlıqdan əsl olan həqiqi “mən”dən özündən uzaqlaşır.
Nəzərə almalıyıq ki, müasir həyat konyukturasında yaşayan insan əvvəlki nəsillərin nümyəndələrindən ciddi şəkildə fərqlənir. O daha çox bilgi "bombardımanına" məruz qalır, müxtəlif yeni kəşf və “know-how”-ların, bir sıra qeyri-müəyyənliklər və ona təqdim edilən uğur “prototipləri”nin, və plastik “cəngəllik”lərin diqtə etdiyi doğmaların əhatəsində yaşayır.
Epukureizmin verdiyi ideologiyanın təsiridir ki, insan səadəti həyatdan həzz almaqda, ölüm və Allah qorxusundan azad olmaqda olduğunu düşünür. Bu isə onu doyumsuzluğa, daha sonra yorğunluğa və həll edə bilmədiyi ölüm qorxusunun böyüməsinə səbəb olur.
Təəssüf ki, müasir insan düşünür ki, uğurlu karyeram, maddi imkanlarım, sosial əlaqələrim, sağlamlığım yaxşı olarsa xoşbəxt olacağam. Məmnuniyyətdə qalmağı unutmaq şərti ilə bu sadalananlar önəmlidir, sadəcə bunlar daimi olan yüksək hədəf deyil. Bu səbəbdən də bunlara çatdıqda belə, insanın daxilindəki əndişə bitmir. Və ya bunları hədəf edən insan sadalananları əldə edə bilmirsə “eqo” məğlubiyyətə uğradığı üçün depressiya baş verir.
- Bildiyiniz kimi bizlər həkimə ən sonda, həyat funksionallığımı yerinə yetirə bilməyəndə müraciət edirik. Hansı simptomlara diqqət yetirməyimiz lazımdır?
- Əgər hər səhər yuxudan şükran yerinə, həyəcan və ya yorğun oyanırsınızsa, yaxın çevrənizdəki insanlarla münasibətinizdə problem varsa, yuxu probleminiz varsa, həyatda olan borclarınızı yerinə yetirmək üçün sevgisiz və həvəssizsinizsə, ümidsizlikdən və özünü “qurban” görmə və günahlandırma hissindən xilas ola bilmirsinizsə, bunları hiss etməmək üçün süni dopinqlərə (alkoqol, nikotin, qəhvə, energetik içkilər, narkotik maddələr, seks və.s) ehtiyacınız varsa, həmən antidepressantlarda çarə axtarmaq sizləri müvəqqəti yaxşılaşdıracaq. Və problem həll olmadan daha dərinə gömülmüş olacaq. Bu zaman yalnız idrakın transformasiyası sizə qalıcı həll ola bilər.
Yuxarıda da qeyd etdiyim kimi depressiyanın kökündən həlli antidepressant deyil! Depressiyanının kökdən həlli insanın özünü dərk etməsində, idrakın transformasiya etməsindədir.
Qısa desək biz təbiətimiz gərəyi mənəvi varlıqlarıq. Bizim daxili aləmimiz-mənliyimiz dinamikdir və dəyişimi tələb edir və dəyişməsək məmnuniyyət imkansızdır. Əsil olan “mən” (mənəviyyat kəliməsinin kökü) daim inkişaf etmək, öyrənmək, həqiqi bilikləri axtarmaq istəyindədir. Materiya isə (fiziki bədən) daim vərdişlərini təkrar etmək, konfortsuz “konfort” sahəsindən kənara çıxmaq istəməməkdədir.
- Ümumiyyətlə profilaktik tədbirlər olaraq nələri etməyimizi tövsiyyə edirsiniz?
- Profilaktik olaraq depresiyadan antidepresantsız azad olmaq üçün bundan daimi azad olmuş, idrakını transformasiya etmiş, aydınlanmış insanlarla ünsiyyət, onların tövsiyyəsi əsas amillərdən biridir. Fiziki aktivlik, düzgün qidalanmaq, lazimi miqdarda su içmək, günəşlənmək, təbiətlə baş-başa qalmaq və.s vacib komponentlərdir.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti






















