"Azərbaycan tam iqtisadi müstəqillik əldə edib, bu, müstəqil siyasət üçün əsas faktordur"
Azərbaycan müstəqilliyi dövrü ərzində ölkə iqtisadiyyatı dayanıqlılıq və inkişaf nümayiş etdirib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.
“Azərbaycan tam iqtisadi müstəqillik əldə edib ki, bu, müstəqil xarici siyasət kursu həyata keçirmək üçün əsas faktordur və biz bunu uğurla edirik”, - dövlət başçısı deyib.
"Bu gün qarşıda duran əsas məsələlərdən biri ixracın şaxələndirilməsidir"
Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsul 3 dəfədən çox artıb.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib.
Prezidentin sözlərinə görə, xarici borc ümumi daxili məhsulun 9 faizdən az hissəsini təşkil edir və ildən-ilə azalır.
“Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 10 dəfə üstələyir”, - Prezident İlham Əliyev əlavə edib.
Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün qarşıda duran əsas məsələlərdən biri ixracın şaxələndirilməsidir.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda işsizlik səviyyəsinin cəmi 5 faiz olmasına baxmayaraq, ölkə əhalisinin sayı 20 il ərzində 7 milyondan 10 milyona çatıb ki, bu da yeni iş yerlərinin yaradılması üçün aktiv fəaliyyət tələb edir.
Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ticarət dövriyyəsi ötən il 31 faiz artıb
Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə ticarət dövriyyəsi ötən il 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi əlavə 38 faiz artıb.
Dövlət başçısının sözlərinə görə, ötən il Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib.
"Biz ticarət dövriyyəsinin gələcək inkişafı üçün böyük potensial görürük", - Azərbaycan Prezidenti vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
- 10 d. əvvəl
- 34 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
3 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Biznes dankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Azərbaycan neftinin son qiyməti
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
Ən çox oxunanlar
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir

















