Bakıda keçiriləcək “Digital Marketing Conference” 2023-ün spikerləri bəlli oldu!
“Rəqəmsal minimalizm” konsept mesajı ilə ilə 11 iyun 2023-ci il tarixində “Four Seansons Hotel Baku”da 500 nəfərin iştirakı ilə baş tutacaq “Digital Marketing Conference” (DMC23) spikerləri məlum olub.
“Facemark” MMC təşkilatçılığı və “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu və tərəfdaşlığı ilə 2015-ci ildən etibarən təşkil olunan konfransın hədəfi rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olmaq, ölçülə bilən və effektiv olan marketinq alətlərini və ilin trendlərini müzakirə edərək yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
3 moderator və 14 spiker “Yaradıcı kontent və Müştəri cəlbi”, “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası”, “Müştəri Davranışına Data-əsaslı Yanaşma” panelləri üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.
“Code Academy” tədris müəssisəsinin Marketinq və Kommunikasiyalar Departamentinin rəhbəri Gülşən Cumayevanın moderator olduğu “"Yaradıcı kontent və müştəri cəlbi"” panelində Rafineri şirkətinin Partneri Emre Kaplan, Trilogy News şirkətinin kreativ strategiya direktoru Göktuğ Sarı, Havas Azərbaycan şirkətinin rəhbəri Hüseyn Hüseynov, Ağıllı Nağıllar şirkətinin təsisçisi İlham Əkbərli və Endorphin şirkətinin təsisçisi Orxan Kərimov təcrübələrini bölüşəcəklər.
Adsnerd şirkətinin rəhbəri, Google Premier Partnyoru və reklam eksperti Kamal Allazovun moderatorluğu ilə “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası” paneli baş tutacaq. Panelin spikerləri - Kapital Bank-ın Rəqəmsal Marketinq üzrə Proses Sahibi Kamran Babaşov, Evido şirkətinin ölkə üzrə meneceri Fərid Əfəndi, Google şirkətinin Media Effektivliyi üzrə Baş Mütəxəssisi Mariia Bocheva və “Digital Marketing Institute”un Global Account Manageri Sean Kenny rəqəmsal dünyaya dair fikir mübadiləsi aparacaqlar.
Code Academy tədris müəssisəsinin rəqəmsal marketinq üzrə proqram rəhbəri Sərvər Cəfərovun moderatorluğu ilə "Müştəri Davranışına Data-əsaslı Yanaşma" paneli baş tutacaq.
Reel Agentliyinin təsisçi və CEO-su Cəfər Nəcəfov, ABB-nin rəqəmsal marketinq şöbəsinin rəhbəri Nərgiz Əhmədova, Azerconnect şirkətinin Machine Learning Mühəndisi Nicat Zeynalov, AzInTelecom şirkətinin Rəqəmsal Marketinq bölməsinin rəhbəri Şəmistan İsayev və OnDigital Agentliyinin təsisçisi Zamin Namazov bu panelin spikerləri olacaqdır.
Bu il sayca VI dəfə keçiriləcək “Digital Marketing Conference” 2023-ə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumatla tanış olmaq üçün rəsmi internet səhifəsinə (www.dmcbaku.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/dmcbaku.az/
İnstaqram: https://www.instagram.com/dmcbaku.az/
Linkedln:https://www.linkedin.com/company/digital-marketing-conference/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)










.jpg)
