Bakı-Tbilisi-Qars dəmir yolu xətti genişləndirilir - YENİ PODRATÇILAR CƏLB EDİLİB
Məqsəd Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsidir.Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin daşınma potensialının artırılması istiqamətində tikinti tempinin sürətləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
‘’Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində təmir-bərpa, rekonstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin qısa müddətdə başa çatdırılması üçün yeni podratçıları cəlb edib.
Bu barədə Marja-ya QSC-dən bildirilib.
Qeyd edilib ki, 2017-ci ildən ilkin olaraq istifadəyə verilmiş sözügedən dəmir yolu xəttinin çətin relyefli dağlıq və meşəlik ərazidən keçən Marabda-Kartsaxi sahəsində təmir-bərpa işlərinə başlanılması yol təsərrüfatının sağlamlaşdırılması, onun buraxıcılıq gücünün artırılması və hərəkətin təhlükəzliyi baxımından həyata keçirilən tədbirlərdir. Hazırda aparılan cari işlər nəticə etibarı ilə Çin və Orta Asiyadan daha çox yükün qəbul edilərək Avropaya çatdırılmasında önəmli rol oynayacaq.
Belə ki, Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-ın regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.
Hazırda xətlər tam elektrikləşdirilib, dəmir yol xətinin inşası əsasən tamamlanıb, 12 stansiyada elektrik təchizatı, rabitə və işarəvermə qurğularının, stansiya işçiləri üçün inzibatı binaların, müasir köməkçi kommunikasiya işlərinin tamamlanması yerinə yetirilir.
Yuxarıda qeyd olunan layihə üzrə müvafiq tamamlama işlərinin qısa zaman ərzində yekunlaşdırılması üçün may ayının ortasından etibarən yolda yüklərin daşınması müvəqqəti olaraq məhdudlaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)




