Satışı ilə bağlı heç bir problemin olmadığı məhsul - əkin sahələri artırılır
Qazaxlı fermerlərin yaz aylarında sahələrə əkdikləri qarğıdalı artıq yetişmək üzrədir. Bitkinin gəlirli olmasını nəzərə alan torpaq sahibləri bu il daha geniş sahədə əkin aparıblar. Fermerlər 1 hektar sahədən 10 tonadək məhsul gözləyirlər.
Fermer Paşa Aşurov deyib: “Bütün aqrotexniki qulluğa riayət etmişik. Kultivasiya olunub, bitkinin dib doldurulub. Ziyanvericilərə qarşı mübarizə aparılıb. Hazırda ikinci suvarmanı başa çatdırırıq. Məhsuldarlıq da yaxşıdır. Təsərrüfatda bütün işlər qaydasındadır. Hektardan 8-10 ton məhsul gözləyirik.”
Fermerlər növbəti il qarğıdalı sahələrini genişləndirməyi planlaşdırırlar. Bu, kəndliyə, torpaq mülkiyyətçisinə dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir.
Sahibkar İlham Abdullayev qeyd edib ki, 150 hektar ərazidə qarğıdalı əkib. Məhsulun satışı ilə bağlı heç bir problemi yoxdur. Podratçı təşkilatlarla müqavilə də imzalanıb. Məhsul birbaşa sahədə satılacaq. Gələn il isə əkin sahələrini 300-350 hektara çatdırmaq istəyir.
Qeyd edək ki, qarğıdalı dənindən un və yarma, sənayedə isə nişasta, etil spirti, yağ, “E” vitamini, askorbin və qlutamin turşuları alınır. Qarğıdalı payızın əvvəlində əl əməyi və texnika vasitəsilə yığılır. Onun dəni ilə yanaşı, yaşıl kütlə hissəsindən də heyvandarlıqda qida və yem kimi istifadə olunur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
51 d. əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)








