Çoxsaylı potensial investorlara notlar ilə qazanc haqqında ətraflı məlumat verildi
30 may 2023-cü il tarixində Bakı Fond Birjasının təşkilatçılığı ilə ilk dəfə “Qeyri-neft və qeyri-dövlət sektorunun Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarına investisiya imkanları” mövzusunda investorlar üçün ödənişsiz onlayn vebinar keçirilmişdir.
Birjanın yaydığı məlumatda bildirilir ki, tədbirin əsas məqsədi investorlara cari hesablarında olan sərbəst vəsaitlərinin Mərkəzi Bankın notlarına investisiya edərək gəlirin əldə olunması ilə bağlı idi.
Vebinar zamanı iştirakçı qismində çıxış edən çoxsaylı potensial investorlara Bakı Fond Birjası tərəfindən Mərkəzi Bankın notlarının buraxılış qaydaları və üstünlükləri haqqında ətraflı məlumat verilmişdir.
Həmin qiymətli kağızlar qısa müddət ərzində yüksək gəlirlilik qazanmaq imkanı yaradır. Belə ki, digər ənənəvi investisiya imkanları ilə müqayisədə Mərkəzi Bankın notları daha likvid, effektiv və risksiz investisiya alətidir. Mərkəzi Bankın notlarını ilkin bazarda əldə etdikdən sonra, investor, həmçinin təkrar bazar və repo əməliyyatları vasitəsi ilə həmin qiymətli kağızların likvidliyini təmin edə bilər.
Bundan əlavə hüquqi şəxslər banklarla repo əqdi bağlamaqla mülkiyyətində olan notlardan istifadə edərək müvəqqəti likvidlik ehtiyaclarını təmin edə bilirlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən investor bazası genişləndirilərək banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etmişdirlər.
Bakı Fond Birjası tərəfindən təşkil edilən Vebinar potensial investorlar tərəfindən maraqla qarşılanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)
