Satışdan 216 milyon manat gəlir əldə edib, cəmi 59 min manat xalis mənfəətə çıxıb
"Grandmart" supermarketlər şəbəkəsini idarə edən "Grand - Mart" MMC şirkəti 2022-ci ili 59 min 101 manat xalis manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 8 min 776 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Grand - Mart" şirkətinin xalis mənfəəti 6,7 dəfə və ya 50 min 325 manat artıb.
Marja.az şirkətin İnternet səhifəsində yerləşdirilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Grand - Mart" MMC-nin satışdan gəlirləri 2021-ci ildə 131 milyon 831 min manata ikən, 2022-ci ildə 215 milyon 634 min manata yüksəlib (83 milyon 803 min manat və ya 63,6% artıb).
Ötən il "Grand - Mart" MMC-nin cəmi xərcləri 215 milyon 575 min manat təşkil edib.
31 dekabr 2022-ci il tarixində "Grand - Mart" MMC 79 milyon 626 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 59 milyon 950 min manat cəmi aktivlərə malik idi.
12 milyon 20 min manat nizamnamə kapitalına malik olan "Grand - Mart" MMC-nin təsisçiləri "Az Fast Moving Businness" MMC (50%) və "Unitrade Group" MMC-dir (50%). Cəmiyyətin qanuni təmsilçiliyi Məmmədov Ramil Əşrəf oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)



