“AzFinance İnvestisiya Şirkəti” QSC-nin aktivləri kəskin artıb - HESABAT
(®) “AzFinance İnvestisiya Şirkəti” QSC-nin aktivləri 2022-ci ildə kəskin artaraq 8 milyon 97 min 565 manata çatıb.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, şirkətin aktivləri 2021-ci il ilə müqayisədə 60%, yəni 3 milyon 45 min 846 manat artıb.
“AzFinance İnvestisiya Şirkəti” 2022-ci ili 705 min 127 manat mənfəətlə başa vurub. 2021-ci ildə isə investisiya şirkətinin mənfəəti 870 min 482 manat olmuşdu.
“AzFinance İnvestisiya Şirkəti” QSC 2022-ci ildə investisiya siyasətində mühüm dəyişiklik edib. Qeyd edilib ki, şirkət investisiyalarını pay qiymətli kağızlara yönəldib. 2022-ci ildə “AzFinance İnvestisiya Şirkəti” QSC-nin investisiyalarının həcmi 4 milyon 86 min 678 manat olub.
Vurğulanıb ki, “AzFinance”ın kapitalı 3 milyon 600 min 729 manat təşkil edir. Bu isə 2021-ci il ilə müqayisədə investisiya şirkətinin kapitalının 20%, yəni 604 min 377 manat artdığını göstərir. 2022-ci ildə investisiya şirkətinin aktivlərinin və kapitalının öhdəliklərə nisbəti artıb. Belə ki, “AzFinance”ın aktivlərinin öhdəliklərə nisbəti 180%, kapitalın öhdəliklərə nisbəti isə 80% təşkil edib.
Qeyd edilib ki, “AzFinance İnvestisiya Şirkəti” QSC 2022-ci il ərzində 11 şirkətin ümumi məbləği 24,5 milyon manat olan istiqrazlarını kütləvi təklifini təşkil edib.
“AzFinance İnvestisiya Şirkəti” QSC 2014-cü ildən fəaliyyət göstərir və Azərbaycan kapital bazarında aparıcı şirkətlərdəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)

