Veysəloğlu Şirkətlər Qrupu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir
Müsabiqə Deloitte şirkətinin təşkilatçılığı ilə həyata keçirilmişdir.(®) Veysəloğlu Şirkətlər Qrupu 2-ci dəfə nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindən biri oldu. Best Managed Companies müsabiqəsinin məqsədi yüksək biznes fəaliyyəti ilə fərqlənən şirkətləri cəmiyyətə tanıtmaqdır.
Müsabiqə çərçivəsində şirkətlərin idarəedilməsi dörd meyar əsasında dəyərləndirilib. Burada söhbət strategiya, insan kapitalının inkişafı (aktivlər və innovasiya), öhdəlik (insan kapitalının cəlb edilməsi və liderlik) və maliyyə göstəricilərindən (biznes göstəriciləri və idarəetmə) gedir. Bu meyarlar dünyanın ən böyük konsaltinq və audit şirkətlərindən biri olan Deloitte-in bu müsabiqəni beynəlxalq müstəvidə keçirərək topladığı təcrübə əsasında müəyyənləşdirilib.
Proqram zamanı müsabiqədə iştirak edən şirkətlər beynəlxalq standartlar çərçivəsində və biznes aləmində nüfuzlu müstəqil münsif heyəti tərəfindən qiymətləndiriliblər. Münsiflər eyni zamanda şirkətlərin ümumi biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyasını və dayanıqlı inkişafı, həmçinin bu istiqamətdə nümayiş etdirdiyi səyləri dəyərləndirmişlər.
Ölkəmizdə Best Managed Companies müsabiqəsi PAŞA Bank, Azərbaycan Dövlət İqtisad Universiteti, Sahibkarlığın İnkişafı Fondu, AMCHAM Azerbaijan, İctimai Televiziyanın dəstəyi və Deloitte Azərbaycan şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupunda əməkdaşların fərdi və peşəkar inkişafı üçün geniş imkanlar yaradılıb. Veysəloğlu Şirkətlər Qrupu ölkə iqtisadiyyatına yatırım etməklə davamlı inkişafı dəstəkləmək üçün çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)



