Rabitəbankın təşəbbüskarlığı ilə həyata keçirilən “Xilaskar” adlı esse müsabiqəsinin qalibləri məlum oldu
(®) Peşəkar gənc kadrların yetişdirilməsinə töhfə verən “Rabitəbank” ASC və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin birgə təşəbbüsü ilə reallaşan “Xilaskar” adlı esse müsabiqəsi uğurla başa çatdı. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi çərçivəsində təşkil edilən, jurnalistika ixtisası üzrə təhsil alan tələbələr arasında keçirilən müsabiqənin qalibləri məlum oldu.
Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetitinin və Azərbaycan Dillər Universitetinin Jurnalistika fakültələrində təhsil alan tələbələr arasında keçirilmiş bu yarışmanın nəticələri Milli Qurtuluş Günü ərəfəsində “Rabitəbank” ASC-nin binasında baş tutan tədbirdə açıqlanıb.
Tədbirdə “Rabitəbank” ASC-nin İdarə Heyəti Sədrinin 1-ci müavini Orhan Gültekin, Mətbuat Şurasının sədri Rəşad Məcid, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli, əməkdar jurnalist Təranə Məhərrəmova, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev çıxış edərək 1993-cü il iyunun 15-i tarixi ilə dünya Azərbaycanlılarının yaddaşına əbədi həkk olan Milli Qurtuluş Gününün əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Çıxışlarda bildirilib ki, müstəqil dövlətçiliyimizin yox olmaq təhlükəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qalxıb. Ulu Öndər öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.
15 iyun – Milli Qurtuluş Gününün təntənəsi bu gün də özünü büruzə verir, müstəqil respublikamızın davamlı inkişafını təmin edir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. “Xilaskar” adlı esse müsabiqəsinin əsas mövzusu da məhz bu əlamətdar tarixdir.
Daha sonra qaliblər mükafatlandırılıb.
1-ci yer Asya Museyibova (Bakı Slavyan Universiteti)
2-ci yer Abdinova Rəfiqə (Azərbaycan Dillər Universiteti)
3-cü yer Əsgər İsmayılov ( Bakı Dövlət Universiteti)
3-cü yer Südabə Məmmədova ( Bakı Dövlət Universiteti)
Qaliblərə pul mükafatı, xüsusi diplom və Ulu Öndər haqqında yazılmış kitablar hədiyyə olunub.
Qeyd edək ki, Rabitəbank öz sosial korporativ proqramı çərçivəsində davamlı olaraq tələbələrə dəstək olur, yetişən gənc jusrnalistlər üçün gələcək karyeralarında mühüm rol oyanacaq təcrübə qazanmaq imkanını yaradır. Bu əlamətdar tarix də bütün Azərbaycan xalqı üçün əzizdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 41 d. əvvəl
-
- 49 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma










.jpg)














