“Yapi Kredi Bank Azərbaycan” xərclərini azaldaraq mənfəətə çıxıb
“Yapi Kredi Bank Azərbaycan” QSC-nin gəlirləri azalıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən ilin birinci yarısında 17,2 milyon manat olan faiz gəlirləri 16,6 milyon manata, qeyri-faiz gəlirləri isə 11,7 milyon manatdan 10,7 milyon manata düşüb.
Bankın gəlirləri azalsa da, ötən ilin birinci yarısı ilə müqayisədə cari ilin anoloji dövründə xərclər azaldığından “Yapi Kredi Bank Azərbaycan”ın əməliyyat mənfəəti 7,8 milyon manatdan 8,4 milyon manata artıb. Bank əməliyyat mənfəətinin 5,3 milyon manatını ehtiyata ayırıb. “Yapi Kredi Bank Azərbaycan” ötən ilin birinci yarısında 9,2 milyon manat, il ərzində isə 30 milyon manat ehtiyatlara ayırmışdı.
Ötən ilin birinci yarısını 1,2 milyon manat, ili isə 10,3 milyon manat zərər ilə başa vurmuş “Yapi Kredi Bank Azərbaycan”, bu ilin 6 ayında 3,3 milyon manat xalis mənfət əldə edib.
Yuxarıda qeyd etdiyimiz kimi, “Yapi Kredi Bank Azərbaycan” QSC ehtiyatlanır. Bankın 175,5 milyon manatlıq kredit portfelinin 71,6 milyon manatı və ya təxminən 41%-i qeyri-standart kreditlərdir. Qeyri-standart kreditlərə qeyri-qənaətbəxş (ödənməsi 180 günədək gecikmiş), təhlükəli (ödəməsi 270 günədək gecikmiş) və ümidsiz (ödəməsi 270 gündən artıq ecikmiş) aktivlər aiddir.
30 İyun 2017-ci il tarixində “Yapi Kredi Bank Azərbaycan” QSC-də problemli kredilər 49,6 milyon manat həcmində olub, bu da kredit portfelinin 26%-nə bərabərdir. Bank verilmiş kreditlər üzrə 56,14 milyon manatlıq ehtiyat yaradıb. Yəni, kreditlər batsa belə, Bank zərər çəkməyəcəkdir.
AKTİVLƏRİ VƏ DEPOZİT PORTFELİ ARTIB
Bu ilin yanvar - iyun ayları ərzində “Yapi Kredi Bank Azərbaycan” QSC-nin cəmi aktivləri 443,09 milyon manatdan 518 milyon manata, öhdəlikləri isə 392,2 milyon manatdan 459,5 milyon manata artıb. Ötən ilin birinci yarısının yekununda, Bank, 391,7 milyon manat cəmi aktivlərə və 331,7 milyon manat cəmi öhdəliklərə malik idi. Aktivlərin artmasının əsas səbəbi “Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri”nin, öhdəliklərin artmasının səbəbi isə depozitlərin artmasıdır. Belə ki, cari ilin 6 ayı ərzində müştəri hesabları (depozitlər) 312,6 milyon manatdan 379,3 milyon manata artıb.
Son bir ildə Bankın kredit təşkilatlarına olan borcu (qrşısındakı öhdəlikləri) 139,9 milyon manatdan 62 milyon manata düşüb. Nəticədə də, Bankın ödədiyi faizlər azalıb və xərclər aşağı düşüb.
Yanvar-İyun dövründə Bankın müştərilərə verdiyi kreditlər 212,3 milyon manatdan 175,5 milyon manata geriləyib.
30 İyun 2017-ci il tarixində "Yapı Kredi Bank Azərbaycan" 58,5 milyon manat cəmi kapitala malik olub ki, bu da 50 milyon manat olan kapital tələbindən yüksəkdir.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan"ın səhmlərinin 99,8%-i Türkiyədə fəaliyyət göstərən "YapıKredi Bank A.Ş"yə məxsusdur. "Yapı Kredi Bank" A.Ş-nin səhmlərinin 81,8% faizi "Koç Finansal Hizmetler"ə (KFS) aiddir. KFS, Unicredit və Koç Qrupunun ortaq (50%-50%) tərəfdaşlığıdır. Bankın qalan 18,20% faizlik səhmi ictimaiyyətə açıqdır və birjada alınıb-satılır.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 saat sonra
-
6 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 7 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi





















