Pakistandan Azərbaycana yeni gətirilmiş çəltik sortları açıq sahələrə köçürülüb
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu tərəfindən Pakistan İslam Respublikasından Azərbaycana gətirilən yeni çəltik sortları istixanalardan açıq sahələrə köçürülüb.
Cənub zonasının fermerləri tərəfindən yeni sortların sınağı uğurla həyata keçirildikdən sonra əkinə yararlı açıq sahələrə köçürülüb.
Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov, Fondun aqronomu və mütəxəssisləri fermer və təsərrüfat sahibləri ilə əkin sahələrində görüşlər keçirib, aparılan aqrotexniki qulluq işləri ilə maraqlanıblar. Sərxan Sərxanov bildirib ki, fermerlərlə görüşlərin əsas məqsədi çəltikçilik sahəsində Dövlət Proqramından irəli gələn məsələləri həll etmək, çəltik sahələrini artırmaq, məhsuldarlığı və məhsulun keyfiyyətini yüksəltmək, ixracyönümlü, rəqabət qabiliyyətli məhsul istehsalını genişləndirməkdir.
Azərbaycan Çəltikçilik Assosiasiyasının sədri Rövşən Əliyev bildirib ki, cənub zonasında çəltikçilik artıq ənənəvi sahədir və torpaq mülkiyyətçiləri bol məhsul üçün aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə görülməsinə ciddi diqqət yetirirlər.
Dövlət Toxum Fondundan alınan yeni çəltik sortlarından bu il yüksək məhsuldarlıq gözlənilir. Qeyd edək ki, əkinqabağı sahələrdə hamarlama, tirləmə işləri aparılıb və normaya uyğun su ilə doldurulub. Hazırda sahələrdəki su dəyişdirilir, alaq otlarına qarşı mübarizə tədbirləri görülür.
Xatırladaq ki, Dövlət Toxum Fondu tərəfindən ölkəmizə idxal olunan yeni “KS-282”, “KSK-133”, “PK-386” və “Chenab Basmati” çəltik sortları tezyetişən, məhsuldar və xəstəliklərə qarşı davamlıdır. Bitkinin hündürlüyü 100 sm, dənin uzunluğu 6.7 mm olmaqla məhsuldarlığı 10t/ha təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







