“Finex” istiqrazlarının qanunsuz olduğunu boynuna alır
“Finex” şirkətlər qrupunun istiqrazları ilə bağlı yayılmış məlumatlarla bağlı açıqlama yayıb. “Marja” xəbər verir ki, qrup öz açıqlaması ilə, təklif etdiyi istiqrazların dövlət qeydyiyyatına alınmadığını boynuna alır.
Açıqlamada deyilir ki, əvvəllər 14%-lə buraxılmış manat və ABŞ dolları ilə olan istiqrazlarını bazar konyukturuna uyğunlaşdıraraq, bu ildən istiqrazların müddətindən asılı olaraq ABŞ dolları ilə 8-9%, manatla 22-24% gəlirliliklə buraxılmasına dair 2017-ci ilin may ayında strateji qərar qəbul etmişdir:
“Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına bütün sənədlər təqdim edilərək, istiqrazların qeydiyyata alınmasına dair müraciət edilmişdir. Şirkətlərimizə aid saytlarda və sosial şəbəkə səhifələrində bununla bağlı müştərilərimiz və səhifə izləyiciləri üçün məlumatlar dərc edilmişdir. “Finex İstiqrazları” adı ilə yerləşdirilən məlumatlar Finex şirkətlər qrupuna daxil olan FinExKredit BOKT ASC və FinansLizinq ASC-ni əhatə edir”.
Göründüyü kimi, şirkətlər qrupu öz açıqlaması ilə istiqrazları emissiya etdiyini deyil, “istiqrazların qeydiyyata alınmasına dair müraciət etdiyini” bildirir. Halbuki, şirkət filialarında istiqrazlarların satışı ilə məşğuldur və bunu özünün İnternet səhifəsində və sosial şəbəkələrdə reklam edir. Şirkətin saytında və sosial şəbəkə səhifələrində yaxın gələcəkdə istiqraz buraxılışı olacağı barədə məlumat verilməyib, istiqrazların satışda olduğu barədə reklamlar yerləşdirilib.
Reklamlarda bildirilir ki, istiqrazlar üzrə illik gəlirlilik maksimum 24% təşkil edir. İstiqraz məbləğinə hesablanmış faizlər müştərinin istəyi ilə aylıq, rüblük və ya illik ödənilir. Müştəri istiqraz məbləğini istədiyi vaxta geri çəkə bilər.
“FİNEX Kredit” əhalini və investorları əmanətlərini banklardan çıxardıb istiqraza çevirməyi təklif edib.

PALATA: İSTİQRAZLAR QANUNSUZDUR
Maliyyə Bazarlarına Nəzarə Palatası bildirib ki, "Finex Kredit" bank olmayan kredit təşkilatının manatla, illik 24 faiz gəlirlilik vəd edən istiqrazları dövlət qeydiyyatına alınmayıb.
"Finex Kredit" BOKT ASC tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, dövlət qeydiyyatına alınmamış manatla, illik 24 faiz gəlirlilik vəd edən korporativ istiqrazların satışı müxtəlif kütləvi informasiya vasitələrilə reklam edilir. Dövlət qeydiyyatına alınmamış istiqrazların bütün növ reklamları dərhal dayandırılmalıdır”,- məktubda qeyd olunur.
Həmçinin bildirilir ki, “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.5.3-cü maddəsinə əsasən investisiya qiymətli kağızların emissiyası üçün Maliyyə Bazarlarına Nəzarət Palatası bu kağızların buraxılışını dövlət qeydiyyatına almalı, emissiya prospektini və ya informasiya memorndumunu təsdiq etməlidir. Həmçinin Qanunun 7.3-cü maddəsinə əsasən maliyyə bazarlarına nəzarət orqanının təsdiq etmədiyi emissiya prospektinin açıqlanmasına və reklam edilməsinə yol verilmir. Bundan əlavə “Reklam haqqında” Qanunun 33.23-cü maddəsinə əsasən, buraxılışı maliyyə bazarlarına nəzarət orqanının qeydiyyatından keçməmiş qiymətli kağızların reklamına yol verilmir.
Daha ətraflı oxuyun: Azərbaycanda qanunsuz istiqraz satılır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
12 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
29 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 46 d. əvvəl
-
52 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























