Pekinlə münaqişəsi səbəbindən şirkətləri 850 milyard dollar itirib
Jack Ma-nın şirkətləri onun Çin hakimiyyəti ilə münaqişəsi səbəbindən 850 milyard dollardan çox itirib."Çinin, Cek Ma (Jack Ma) tərəfindən təsis edilmiş "Ant Group" və "Alibaba" şirkətləri iş adamının hakimiyyətlə münaqişəsi səbəbindən 850 milyard dollardan çox itirib".
Marja.az xəbər verir ki, bu məlumatı Bloomberg yayıb.
Agentlik xatırladır ki, milyarder təxminən üç il əvvəl Çin tənzimləyicisini tənqid edib və bundan sonra onun şirkətləri məhdudiyyətlər ilə üzləşib: Finteç startapı "Ant Group"un IPO-su (ilkin kütləvi yerləşdirmə) ləğv edilib və İT nəhəngi "Alibaba"nın altı hissəyə bölünməsinə qərar verilib. İndi münaqişə sona çatmaq üzrədir: cümə günü Pekin "Ant" ilə bağlı cinayət işini bağladığını və şirkətin təxminən 1 milyard dollar cərimə ödəyəcəyini açıqlayıb.
Bununla belə, "Alibaba" və "Ant" üçün xərclər yalnız cərimələrlə məhdudlaşmır. İlkin kütləvi təklifin ləğvindən sonra "Ant Group" öz biznes modelinə yenidən baxmalı olub: o, iqtisadiyyatın həssas sektorlarında əməliyyatları məhdudlaşdıracaq və dövlət bankları ilə rəqabətdən əl çəkəcək. Nəticədə, IPO-dan sonra 315 milyard dollar olacağı gözlənilən şirkətin dəyəri Bloomberg-ə görə 78,5 milyard dollara düşüb.
"Alibaba" özü də Çin hakimiyyətinin İT sektoruna nəzarəti gücləndirmək kampaniyasından nəzərəçarpacaq dərəcədə əziyyət çəkib. Nəticədə, İT nəhəngi mart ayında öz biznesini müstəqil olaraq vəsait cəlb edəcək və IPO-nu planlaşdıracaq altı issəyə bölündüyünü elan edib. FT-nin məlumatına görə, plan Çin tənzimləyiciləri tərəfindən əvvəlcədən təsdiqlənib. Bloomberg yazır ki, cümə günü "Alibaba"nın səhmləri "Ant" araşdırmasının sona çatması xəbəri ilə 8% bahalaşıb və onun bazar dəyəri 234 milyard dollara çatıb. Lakin bu, şirkətin 2020-ci ildəki pik dəyərindən 620 milyard dollar azdır.
Cek Manın əsl adı Ma Yundur. 1990-cı illərin sonlarında o, əvvəlcə gəlir gətirməyən, lakin böyük investisiyalar aldıqdan sonra aktiv şəkildə inkişaf etməyə başlayan "Alibaba" şirkətini qurub. 2008-ci ildə onun Tmall ticarət platforması, 2010-cu ildə isə AliExpress istifadəyə verilib. 2014-cü ildə şirkət Nyu-York Fond Birjasına daxil olaraq, IPO üzrə rekorda imza atıb (25 milyard dollar). Ma 2019-cu ildə Şirkətin idarə heyətinin sədri vəzifəsindən istefa verib.
Manın qurduğum digər şirkət "Ant Group"dur (maliyyə şirkəti). Forbes-in məlumatına görə, iş adamının hazırda sərvəti 24,3 milyard dollardır.
2020-ci ilin oktyabrında Cek Ma, Çin hakimiyyətinin maliyyə sənayesində innovasiyaları məhdudlaşdıran siyasətini tənqid edib. Xüsusilə, o, Çinin dövlət banklarının "lombard zehniyyəti" ilə işlədiyini bildirib və yoxsullara kredit vermək imkanına malik yeni bazar oyunçularının yaradılmasına ehtiyac olduğunu bildirib. O vaxtdan bəri Ma-nın şirkətləri bir sıra maneələrlə üzləşib: tənzimləyicilər onun təsis etdiyi "Ant" şirkətinin 37 milyard dollarlıq ilkin kütləvi təklifini ləğv edib və antiinhisar pozuntularına görə "Alibaba"nı rekord məbləğdə - 2,8 milyard dollar cərimələyib. Bunun fonunda iş adamı ölkəni tərk edərək uzun müddət Tokioda yaşayıb. Martın sonunda iş adamı Çinə qayıdıb.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
53 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
57 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü























