Menecer şirkətin 90 min manatdan artıq pulunu mənimsəməkdə ittiham olunur
“A+CO” ASC-nin əməkdaşının qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.Abşeronda şirkətin 90 min manatı mənimsənilib.
Marja xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Xırdalan şəhərində fəaliyyət göstərən “A+CO” Açıq Səhmdar Cəmiyyətinin tədarük və logistika meneceri vəzifəsində işləmiş İsrafil Abbaszadənin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla İsrafil Abbaszadə tərəfindən cəmiyyətə məxsus nəqliyyat vasitələri, eləcə də müxtəlif növ məhsulların ayrı-ayrı şəxslərə satılması və digər qanunsuz yollarla əldə olunmuş ümumilikdə 90 min manatdan artıq pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında İsrafil Abbaszadəyə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)
