Azərbaycanda 17 BOKT kiçilib, 13-nün kredit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 13-nün bu il yanvarın 1-nə kredit portfeli illik müqayisədə az olub.
Bunlar, “İcraçı Kredit Agentliyi”, “TCF”, “Brand Credit”, “Finex Kredit”, “Qafqaz Kredit”, “Finans İnvest”, “Azəri Star Mikromaliyyə”, “Kredit Servis”, “Caspian İnvest”, “Azmikroinvest”, “Para”, “Azinvestkredit” və “Birkart”dır.
Ən çox azalma “Birkart”da (100%), ən az azalma isə “İcraçı Kredit Agentliyi”ndə (2,6%) qeydə alınıb.
5 BOKT-un - “Pro Kredit”, “Finkapital”, “FNC”, “Aset Maliyyə Texnologiyaları” və “SF Azerbaijan”ın kredit portfeli ötən il formalaşıb.
Qalan 34 BOKT-un isə kredit portfeli artıb. Ən yüksək dinamika “Fintrend”də (48,4 dəfə), ən aşağı dinamika isə “Effektinvest”də (0,3%) qeydə alınıb.
6 BOKT-un kredit portfeli 20 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 6-nın bu il yanvarın 1-nə kredit portfeli 20 milyon manatdan çox olub.
Bunlar, “Aqrarkredit” (114,33 milyon manat), “FİNKA Azərbaycan” (44,875 milyon manat), “Embafinans” (37,89 milyon manat), “International” (24,602 milyon manat), “Finoko” (23,921 milyon manat) və “City Finance”dır (23,721 milyon manat).
Qalan 46 BOKT-dan 8-nin kredit portfeli 10-20 milyon manat arasında, 24-nün kredit portfeli 1-10 milyon manat arasında, 14-nün kredit portfeli isə 1 milyon manatdan azdır.
17 BOKT-un aktivləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 17-nin bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.
Bunlar, “TCF”, “Aqrarkredit”, “Effektinvest”, “Finex Kredit”, “Azkredit”, “Kredit Servis”, “FNC”, “Pro Kredit”, “Azmikroinvest”, “Brand Credit”, “Azəri Star Mikromaliyyə”, “Finans İnvest”, “Caspian İnvest”, “Para”, “İcraçı Kredit Agentliyi”, “Azinvestkredit” və “SF Azerbaijan”dır.
Ən çox azalma “SF Azerbaijan”da (55,6%), ən az azalma isə “TCF”də (0,2%) qeydə alınıb.
Qalan 35 BOKT-un isə aktivləri artıb. Ən yüksək dinamika “Fintrend”də (22,4 dəfə), ən aşağı dinamika isə “Premier Kredit”də (0,2%) qeydə alınıb.
6 BOKT-un aktivləri 25 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 6-nın bu il yanvarın 1-nə aktivləri 25 milyon manatdan çox olub.
Bunlar, “Aqrarkredit” (12 008,197 milyon manat), “FİNKA Azərbaycan” (50,108 milyon manat), “Embafinans” (43,415 milyon manat), “Finoko” (31,054 milyon manat), “Birkart” (30,707 milyon manat) və “International”dır (28,961 milyon manat).
Qalan 46 BOKT-dan 9-nun aktivləri 10-25 milyon manat arasında, 30-nun aktivləri 1-10 milyon manat arasında, 7-nin aktivləri isə 1 milyon manatdan azdır.
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)













