“VMF” 2023-cü ildə əlavə 2 milyon manatlıq istiqraz yerləşdirəcək, saat fabrikini inkişaf etdirəcək
“VMF” şirkəti 2023-cü ilin sonunadək 2 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə şirkətin təsisçisi Vahid Mustafayev məlumat verib.
19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “VMF” MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazlarının debüt yerləşdirilməsi həyata keçirilib. İstiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 18 ay, illik faiz dərəcəsi 13%, ödəmə dövrü 90 gündən birdir. İstiqrazları 12 investor əldə edib
“Şirkətimiz 3 aydan sonra 2 milyon manatlıq istiqraz buraxmağı planlaşdırır”, - deyə Mustafayev bildirib. O qeyd edib ki, cəlb olunmuş vəsait “VMF” saatlarının istehsalı fabrikinin inkişaf etdirilməsinə yönəldiləcək.
Mustafayevin sözlərinə görə, “VMF” fəaliyyətini genişləndirməyi planlaşdırır: hazırda Azərbaycanda şirkətin 20 satış nöqtəsi mövcuddur və 2024-cü ildə onların sayının 30-a çatdırılması planlaşdırılır.
"VMF" şirkəti cəlb edəcəyi vəsait ilə biznesini genişləndirəcək. Azərbaycanı saatlarının bütün dünyaya yayılmasında bu istiqrazların çox böyük rolu olacaq",- Vahid Mustafayev bildirib.
“VMF” şirkəti 1998-ci ildə yaradılıb. Şirkət saat və aksessuarlar bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 20,22 min manat, yeganə təsisçisi Vahid Mustafayevdir.
2022-ci ilin sonuna “VMF” şirkətinin aktivləri 5,9 milyon manat, öhdəlikləri 2,3 milyon manat, kapitalı 3,6 milyon manat məbləğində qiymətləndirilir. Ötən il şirkətin xalis mənfəəti təxminən 426 min manat təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinə
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)






.jpg)

