Avropa Qızlar İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru
Azercell ilə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı sayəsində Beynəlxalq Olimpiadada ölkəni təmsil edən məktəbli qızlarımız vətənə medallarla dönüblər(®) İsveçdə təşkil olunan Avropa Qızlar İnformatika Olimpiadasında “Azercell Telekom”un dəstəyi ilə təmsil olunan Azərbaycan komandası uğurlu nəticələr əldə edib. Qızlar üçün nəzərdə tutulmuş proqramlaşdırma müsabiqəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) qızıl medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə gümüş medal qazanıblar.
50-dən çox ölkədən 200-ə yaxın məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 şagird ilə təmsil olunub. Müsabiqənin şərtlərinə əsasən gənc iştirakçılar təqdim olunan tapşırıqları həll etmək üçün effektiv alqoritmlər hazırlayaraq uğurlu nəticə nümayiş etdirməyə çalışıblar.
Qeyd edək ki, “Azercell Telekom” 2017-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəblilərin informatika üzrə beynəlxalq yarışlara hazırlıq prosesində iştirak edir. Ölkənin lider mobil operatoru İnformasiya Texnologiyaları sahəsi üzrə təhsilə dəstək, xüsusən də qızların informatika fənninə marağın artırılması, onların İKT sahəsində gələcək mütəxəssis kimi yetişdirilməsi istiqamətində mütəmadi olaraq layihələr həyata keçirir.
Azercell olimpiadaçı qızlarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)




