Veysəloğlu Şirkətlər Qrupu logistika fəaliyyətinə 80 milyon yatırım edib
(®)Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatı və əhalisi üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmağa çalışır.
Şirkətlər Qrupunun ən son texnologiyalar əsasında fəaliyyət göstərən logistika mərkəzi istehlakçıların keyfiyyətli, təhlükəsiz qida ilə təmin edilməsinə xidmət göstərir.
54 min kvadrat metr ərazisi, 500-ə qədər yük nəqliyyat vasitəsi və 2500-dən artıq əməkdaşı ilə “AVT Logistics” MMC logistika xidmətləri göstərir. Logistika mərkəzi Bakı şəhəri yaxınlığındakı Məmmədli qəsəbəsində yerləşir.
Logistika mərkəzi gündəlik tələbat məhsullarını minimal xərclə pərakəndə satış nöqtələrinə çatdırılmasını təmin edir.
Mərkəzin əməliyyatlar üçün tam hazır vəziyyətə gətirilməsinə ümumilikdə 80 milyon manat investisiya yatırımı edilib.
Sərmayənin 10 milyon manatlıq hissəsi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu, digər hissəsi isə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Almaniya İnvestisiya Fondu (DEG), PaşaBank və Veysəloğlu Şirkətlər Qrupunun öz vəsaiti hesabına maliyyələşdirilib.

Cəmiyyəti təmiz, sağlam və keyfiyyətli gündəlik istehlak malları ilə təmin etmək öhdəliyini qarşısına məqsəd qoyan Veysəloğlu Şirkətlər Qrupu bu sahədə təşəbbüslərini davam etdirərək yeni soyuq anbarın da fəaliyyətə başlamasına nail olub. Yeni soyuq anbar Bakı şəhəri yaxınlığındakı Məmmədli qəsəbəsi ərazisində yerləşir.
Yeni innovativ anbar
Soyuq anbar layihəsinin həyata keçirilməsi üçün 25 milyon manatdan çox investisiya yatırılıb. Bura, məhsulların düzgün temperaturda və xarici görünüşü, keyfiyyəti pozulmamış, soyuq zəncir prinsiplərinə əməl olunmaqla keyfiyyətli çatdırılması və yollarda gedilən məsafəni azaltmaq üçün 55 ədəd üç temperaturlu yük avtomobillərinə yatırılan sərmayə də daxildir.
Yeni soyuq anbar 10,000 m2 sahəyə malikdir. Bu mərkəzin istifadəyə verilməsi bütün dondurulmuş, təzə ət və süd məhsullarının, həmçinin meyvə-tərəvəzin təravətli saxlanılmasına xidmət edir. Məhsulların mükəmməl şəraitdə saxlanılması üçün temperatur və rütubət avtomatik tənzimlənir və istənilən yayınma halında mobil xəbərdarlıq sistemi vasitəsilə bu barədə dərhal məlumat almaq mümkündür.

“Mərkəzimiz vasitəsilə soyuq əməliyyatlar üzrə həftənin 7 günü ərzində 5,000-ə qədər nöqtəyə xidmət göstərilir. Yeni iş yerilərinin açılması isə müasir logistika mərkəzinin yaradılması ilə əldə edəcəyimiz ən önəmli nəticələrdən biridir.”, - deyə “AVT Logistics” MMC-nin icraçı direktoru Anar Adilzadə qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 13 d. əvvəl
- 33 d. əvvəl
-
44 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!














.jpg)


.jpg)



