Veysəloğlu Şirkətlər Qrupu ölkədə ilk dəfə keçirilən beynəlxalq tədbirə dəstək verir
Veysəloğlu Şirkətlər Qrupu Bakıda ilk dəfə keçirilən “Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası”nın sponsorudur.(®) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə 6-12 avqust 2023-cü il tarixlərində Bakı şəhərində təşkil ediləcək beynəlxalq tədbirdə 35 ölkədən 265 gəncin iştirakı gözlənilir.
Gənclərin inkişafına xüsusi önəm verən Şirkətlər Qrupu Azərbaycanın zəngin tarixi-mədəni irsinin əcnəbi iştirakçılara yaxından tanıdılmasında, gənclərin mədəniyyətlərarası dialoqunun gücləndirilməsinə töhfə verməyə çalışır. Şirkətlər Qrupu hazırda 9000-dən çox gəncin iş yeridir.
Avropa Parlamentinin simulyasiyası əsasında keçiriləcək tədbirdə 12 fərqli mövzu üzrə “Komitə iclasları” və Baş Assambleyanın sessiyası təşkil olunacaq. Sessiyalarda Şirkətlər Qrupunun rəhbərliyinin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, Avropa Gənclər Parlamenti Avropa gənclərini vətəndaşlıq və mədəni anlaşmada fəal iştirak etməyə təşviq edən, siyasi cəhətdən bağlılığı olmayan beynəlxalq gənclər təşkilatıdır. 1987-ci ildə əsası qoyulan Avropa Gənclər Parlamenti Avropanın ən böyük gənclər platformalarından biridir. 2012-ci ildə “Avropa Gənclər Parlamenti – Azərbaycan” İctimai Birliyi təsis edilib.
Veysəloğlu Şirkətlər Qrupu 29 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)
