"Avropa iqtisadiyyatı böyük problemlərlə üzləşəcək. Tənəzzül riski artır"
Artan enerji qiymətləri, dövlət dəstəyi tədbirlərinin kəsilməsi və yüksək faiz dərəcələri səbəbindən Avropa İttifaqının (Aİ) ümumi daxili məhsulu (ÜDM) 2024-cü ildə 5% azalma riski altındadır. Bütün bu amillər böyük tənəzzül riskini artırır.Yüksək faiz dərəcələri, inflyasiya, artan enerji qiymətləri, dövlət dəstəyi tədbirlərinin kəsilməsi Avropa İttifaqında böyük tənəzzül riskini artırır.
Marja xəbər verir ki, Bloomberg Economics-in analitikləri bu qənaətə gəliblər.
Ekspertlərin proqnozlarına görə, artan borclanma xərclərinin gecikmiş təsiri 2024-cü ildə pik həddə çatacaq ki, bu da ÜDM-i 3,8% azaldacaq. Dəstək tədbirlərinin ləğvi və enerji qiymətlərinin dinamikası bu rəqəmi 5%-ə qədər yüksəldə bilər.
Tədqiqatın həmmüəllifi Jamie Rush deyir ki, Avropa iqtisadiyyatı üzrə gələn il üçün ən yaxşı ssenari “yumşaq eniş”dir. Bu termin iqtisadiyyatın yavaş artıma, sonra isə tənəzzülə yaxınlaşan, lakin ondan qaçaraq potensial olaraq sabitliyə keçid prosesi kimi başa düşülür. Ekspert xəbərdarlıq edib ki, yüksək faiz dərəcələri iqtisadiyyata zərər verə bilər və “yüksək borc yükü olan, ciddi büdcə məhdudiyyətləri ilə üzləşən hökumətlər bizim öyrəşdiyimiz stabilləşdirici rolu yerinə yetirə bilməzlər”.
Agentlik bildirir ki, Avropa Mərkəzi Bankı (ECB) və maliyyə nazirlikləri iqtisadiyyatın dayanıqlığını və bu amillər altında tənəzzüldən qaçmaq qabiliyyətini sınayacaq çətin vəziyyətlə üzləşirlər.
"Bruegel" analitik mərkəzinin baş elmi işçisi Qreqori Kleis bildirib ki, qarşıdakı 12 ayda Avropa İttifaqının iqtisadiyyatı monetar və fiskal siyasətlərin sərtləşdirilməsi qərarlarının ən böyük təsiri dövrü ilə üzləşəcək. “Düzünü desəm, bir az narahatam”, -o əlavə edib.
İyulun sonunda Avropa İttifaqında faiz dərəcəsi ard-arda doqquzuncu dəfə qaldırılanda ECB-nin rəhbəri Kristin Laqard iqtisadi mənzərənin pisləşdiyini etiraf edib və sentyabrda da uçot dərəcəsinin yenidən qaldırılacağını istisna etməyib. ECB inflyasiya ilə mübarizə aparmaq üçün iqtisadi artımı "qurban verməyə" çağırıb.
Çin də iqtisadi çətinliklərlə üzləşir: məsələn, ötən ikinci rübdə ölkənin ÜDM-i ilk üç ayla müqayisədə cəmi 0,8% artıb. Ölənin Siyasi Bürosu koronavirusdan sonra bərpanın ağrılı sürətlə getdiyini etiraf etmək məcburiyyətində qalıb.
Çin səlahiyyətliləri iqtisadi vəziyyətin mənfi işıqlandırılmasını gizli şəkildə qadağan etməklə cavab verib. Yerli iqtisadçılar Pekinin təzyiqindən danışıblar, onlar bu səbəbdən şərh verməkdən imtina ediblər.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü

























