Evlərə qaz xəttinin çəkilməsi məqsədilə istehlakçılar necə müraciət etməlidirlər?
Vətəndaşları maraqlandıran məsələlərdən biri də fərdi yaşayış evlərinə qaz xəttinin çəkilişi zamanı müraciət qaydası, xidmət haqqının müəyyən edilməsi, ödənilməsi şərtləri və bu xidmətləri təqdim edən podratçı şirkətlərlə bağlıdır. Qeyd edilən məsələlərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Təbii inhisar subyektləri ilə iş sektorunun müdiri Vasif Həsənov suallarımızı cavablandırıb.
- Fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi ilə bağlı istehlakçılar necə müraciət etməlidir?
- “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək quraşdırma işləri istehlakçının seçdiyi podratçı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Vətəndaşlar onlara məxsus yaşayış sahələrinin qazla təchiz edilməsi üçün qanunvericiliyin tələbləri əsasında, müvafiq sənədlərlə birlikdə “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidirlər.
- Fərdi yaşayış evlərinə qaz xətti çəkilərkən xidmət haqları necə müəyyən edilir və kim tərəfindən ödənilir?
- Qazlaşdırılma prosesinin sürətləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə dövlət və vətəndaş sifarişləri əsasında müvafiq sahədə xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatlarına imkan yaradılır. İcra olunan işlər müstəqil sahibkarlıq subyekti olan tikinti təşkilatları ilə vətəndaşlar arasında bağlanan müqavilə əsasında həyata keçirilir, işlərin dəyəri tərəflər arasında qarşılıqlı razılaşma yolu ilə müəyyən olunur və həmin təşkilatın bank hesabına köçürülür. Fərdi yaşayış evləri qazlaşdırılarkən müvafiq sayğacların qaz xəttinin üzərində quraşdırılması “Azəriqaz” İB tərəfindən ödənişsiz həyata keçirilir.
- Fərdi yaşayış evlərinin qazlaşdırılması xidmətini göstərən podratçılar barədə məlumatı necə əldə etmək olar?
- Təbii inhisarlara dövlət nəzarəti çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən fərdi yaşayış evlərinin qazlaşdırılması xidmətini göstərən podratçıların siyahısı tərtib edilib. Hazırda həmin siyahı ictimaiyyətin məlumatlandırılması məqsədilə Xidmətin rəsmi internet səhifəsində “Məlumat Mərkəzi” bölməsinin “Vacib məlumatlar” alt-bölməsində yerləşdirilib (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/tebii-qaz-teserrufati-obyektlerinin-qurasdirilmasini-heyata-keciren-sahibkarlar-barede-melumatlar). Eyni zamanda həmin məlumatlara “Azəriqaz” İB-nin rəsmi internet saytından keçid etmək imkanı yaradılıb.
- Siyahının tərtib edilməsinin istehlakçılar üçün hansı faydaları var?
- Mövcud siyahı tərtib edilənədək istehlakçılar podratçılar barədə geniş məlumata malik deyildilər. Bu da həmin xidmətdən istifadə edtmək istəyən istehlakçıların seçim imkanlarını məhdudlaşdırırdı.
Hazırda müvafiq siyahının tərtib olunması məlumatların əhali üçün əlçatanlığından əlavə, qazlaşdırma sahəsində rəqabət mühitinin yaradılması, lisenziyaya malik olan podratçıların mövcud bazarda bərabər şəraitdə fəaliyyətinin təmin edilməsi, göstərilən xidmətlər üzrə formalaşan qiymətlərə subyektiv təsirlərin azaldılması və qiymətlərin bazar prinsipləri üzrə tələb-təklif əsasında formalaşmasına imkan yaradır.
- Qazlaşdırma sahəsində xidmətlərin yerinə yetirilməsi üzrə müvafiq lisenziya əldə edən podratçı həmin siyahıya əlavə olunması üçün nə etməlidir?
- Sahibkarlar qazlaşdırma sahəsində fəaliyyət göstərmək üçün qanunvericiliyin tələblərinə uyğun olaraq, ilk növbədə təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı sahəsində lisenziya əldə etməlidirlər. Bundan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməklə podratçıların siyahısına əlavə edilə bilərlər.
- Müsahibəyə görə təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
16 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
17 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
17 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
17 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar









.jpg)





.jpg)
