Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“More Than Zeolit" bioloji aktiv qida məhsullarında “qurğuşun”un normadan artıq olduğu müəyyən edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“More Than Zeolit" bioloji aktiv qida məhsullarında “qurğuşun”un normadan artıq olduğu müəyyən edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Marja.az xəbər verir ki, “M Pharm Company” MMC-nin Türkiyə Respublikasından idxal olunan 300 ədəd “More Than Zeolit, 90 Q toz, Saşe №45” əmtəə nişanlı və 300 ədəd “More Than Zebiotic, Kapsul №30” əmtəə nişanlı bioloji aktiv qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə bağlı daxil olmuş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Reklam_3_11

Müayinələr nəticəsində məhsullarda “qurğuşun”un miqdarının normadan artıq olduğu və məhsulun qida sahəsində normativ sənədin tələblərinə cavab vermədiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

M Pharm Company More Than Zeolit
11.08.2023 16:35
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18