Məşhur qlobal şirkət “Neftçi” ilə yenidən müqavilə bağladı
(®) “Procter&Gamble” şirkəti “Neftçi” Peşəkar Futbol Klubu ilə sponsorluq barədə saziş imzalayıb. Qarşıdakı 1 il ərzində şirkət “Braun” markasının məhsullarının tanıdılmasında Peşəkar Futbol Klubu ilə əməkdaşlıq edəcək.
““Neftçi” Azərbaycan futbolunun əfsanəsidir və biz çox şadıq ki, bu əfsanəvi klubun uğurları dövrümüzdə də davam edir. P&G olaraq biz bu uğurları müşahidə etməklə kifayətlənmək istəmirik, ona öz töhfəmizi vermək və onun bir hissəsi olmaq istəyirik. Bu il“Procter&Gamble” şirkəti Azərbaycanda 25 illik yubileyini qeyd edir. Bu münasibətlə biz “Neftçi” və 100 ildən artıq tarixə malik olan, innovasiya və yüksək keyfiyyəti, möhtəşəm dizaynı ilə fərqlənən “Braun” markası arasında tərəfdaşlıq müqaviləsi imzalayırıq. Əminik ki, “Braun” məhsullarının istifadəçiləri arasında “Neftçi” azarkeşləri də var və onlar bu iki tarixi brend adını bir yerdə görməyə şad olacaqlar” – P&G-nin Qafqaz və Orta Asiya Respublikaları üzrə baş direktoru İrakli Qabriadze belə deyib.
P&G rəsmisi qeyd edib ki, Azərbaycanda fəaliyyətinin 25 ilində ölkənin iqtisadi həyatında əhəmiyyətli yer tutan şirkət öz məhsulları ilə, demək olar ki, hər bir ailənin də həyatına toxunub. Təmizlik və gigiyena məhsulları istehsal edən P&G həm də sağlam həyat tərzinin təbliğatçısı olub. Böyük sosial layihələrə imza atan şirkət Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıqla 2012-ci ildə London Olimpiya Oyunlarında milli komandanı dəstəkləyib, 2015-ci ildə Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olub, Azərbaycanda fəaliyyətinin 20-ci ildönümü münasibətilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə sazişə imza atıb.
"“Neftçi ilə isə bu, şirkətin ikinci əməkdaşlığıdır. 2021-ci ildə insanların çətin pandemiyanı yaşadıqları və sağlamlıqları uğrunda mübarizəni keçdikləri bir vaxtda biz “Neftçi” ilə tərəfdaşlığa başladıq və bu tərəfdaşlıqdan böyük məmnunluq duyduq. Tərəfdaşlıq üçün “Braun” markasına gəldikdə, bu marka futbol azarkeşləri arasında böyük nüfuza malikdir və Türkiyə milli komandasının və əfsanəvi İtaliya klubu “Milan”ın da sponsorudur” – İrakli Qabriadze vurğulayıb.
“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov sosial məsuliyyətinə və idmana dəstəyinə görə P&G şirkətinə təşəkkür edib: “P&G bir dünya brendidir. Daima idmana, xüsusən də futbola göstərdikləri dəstəklə seçiliblər. Bu şirkətlə artıq 3-cü il olacaq ki, əməkdaşlıq edirik. Bu da “Neftçi”yə olan inamın göstəricisidir. Buna qədər “Old Spice” markası ilə tərəfdaş idik. Bundan sonra “Braun” ilə davam edəcəyik. Ümid edirəm ki, hər zaman klublarına dəstək verən şirkətlərin məhsullarına üstünlük verən azarkeşlərimizin seçimlərində bundan sonra da “Braun” ön sırada olacaq”. Klub rəhbəri bu əməkdaşlığın hər iki tərəfə faydalı olacağına inandığını bildirib.
“Procter&Gamble” (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head&Shoulders® , Always®, Pantene® , Fairy® , Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard®, Braun®, Old Spice®, Herbal Essences® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
3 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
5 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı





















.jpg)
