“Çudo Peçka”nın sahibi həbs olunub
Baş Prokurorluğun Mətbuat xidmətindən "Marja"ya bildirilib ki, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
-
-
3 saat əvvəl
SEPAH Körfəzdə İsrailə məxsus neft tankerini vurduğunu iddia edir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Vakansiyaların 50%-dən çoxu cəmi 4 sahə üzrədir, əməkhaqqı şəffaflığı aşağı səviyyədədir - HESABAT
-
5 saat əvvəl
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
-
6 saat əvvəl
Leysan yağışlarından ildə cəmi 99 AZN ödəməklə zərərsiz çıxmaq mümkündür. Necə?
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Az əvvəl İranda yeni rejimin prezidenti ABŞ-dan atəşkəs istədi. Hörmüz boğazı açılarsa, atəşkəsi qiymətləndirəcəyik"
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
Əraqçi: İran atəşkəsi qəbul etmir
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycan Avropa ölkəsinə karbamid ixracını kəskin artırıb
İki qlobal brend bir arada: 1 qərar, 2 şedevr!
Ən çox oxunanlar
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyini deyib
İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb
Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək








.webp)


.jpg)







