Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb
Azərbaycandan xaricə səfər edənlərin sayı 20 % artıb2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,8 faiz artaraq 993,5 min nəfər olmuşdur.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana gedənlərin sayı 32,5 faiz, Türkiyəyə gedənlərin sayı 6,4 faiz artmış, İrana gedənlərin sayı 24,7 faiz azalmışdır.
Ölkə vətəndaşlarının 42,5 faizi Türkiyəyə, 22,7 faizi Rusiya Federasiyasına, 9,2 faizi Gürcüstana, 7,7 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər etmişdir.
Gedənlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil etmişdir.
2023-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
RUSİYADAN AZƏRBAYCANA GƏLƏNLƏRİN SAYI 1,7 DƏFƏ ARTIB
Gələnlərin 32,8 faizi Rusiya Federasiyası, 18,2 faizi Türkiyə, 7,4 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Qazaxıstan, 2,3 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla İsrail və Ukrayna, 1,4 faizi Belarus, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,5 faizini kişilər, 29,5 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,3 dəfə, Türkmənistandan - 3,8 dəfə, Hindistandan - 2,6 dəfə, Belarusdan - 2,0 dəfə, Özbəkistandan - 1,9 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, İsraildən - 44,2 faiz, ABŞ-dan - 38,7 faiz, Gürcüstandan - 34,5 faiz, Böyük Britaniyadan - 29,2 faiz, Küveytdən - 26,6 faiz, Türkiyədən - 18,8 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 15,8 faiz, Pakistandan - 6,3 faiz artmışdır.
2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)


.jpg)



