Türkiyədə avqustda inflyasiya daha da sürətlənib
Türkiyədə illik inflyasiya avqustda iyuldakı 47,8%-dən 58,94%-ə yüksəlib.Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, avqust ayında ölkədə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) aylıq 9,09 faiz, illik isə 58,94 faiz artıb. Bu rəqəmlər proqnozları üstələyib.
Marja.az xəbər verir ki, iqtisadçılar aylıq inflyasiyanın 7 faiz, illik inflyasiyanın isə 55,9 faiz olacağını gözləyirdilər.
Ölkədə iyulda illik inflyasiya 47,8 faiz təşkil etmişdi. Beləliklə, inflyasiyanın sürəti avqustda 11 faiz bəndindən çox artıb.
Baza inflyasiya əvvəlki 56,1 faiz və gözlənilən 61,7 faizlə müqayisədə 64,85 faizə yüksəlib.
Ötən ilin eyni avqust ayına nisbətən ən az artım göstərən qrup 24,97% ilə mənzildir. Digər tərəfdən, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan qrup 89,31% ilə restoran və otellər olub.
Avqust ayında əvvəlki ayla müqayisədə ən az artım göstərən qrup 3,11 faizlə təhsil olub. Əvvəlki ay ilə müqayisədə ən yüksək artımın qeydə alındığı əsas qrup isə 16,61 faiz ilə nəqliyyat olub.
Yerli İstehsalçı Qiymət İndeksi illik 49,41%, aylıq isə 5,89% artıb.
Türkiyə Mərkəzi Bankı daha əvvəl ilin sonuna inflyasiya proqnozunu əvvəlki 22,3%-dən 58%-ə yüksəldib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 19 d. əvvəl
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 41 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

















.jpg)





