Son bir həftədə Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (28.08.2023-03.09.2023) 130 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 832 312 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 881 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir.
Ölkədə son həftə ərzində 2 744, hazırkı dövrədək isə 7 674 567 test aparılıb.
XXX
Azərbaycanda avqustun 28-dən sentyabrın 3-dək koronavirus (COVID-19) əleyhinə 374 vaksin vurulub.
Həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 228, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, üç və daha çox doza vaksin vurduranların sayı 95, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 12 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 301, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 402, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 353, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 147, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 399 təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb

























