Azərbaycanda ilk dəfə 250 Mbit/s sürətində internet tarifi təqdim edildi - QİYMƏTİ
“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq sürətli internetin təmin edilməsi istiqamətində işlər həyata keçirib.
Şirkətdən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycanda ilk dəfə qabaqcıl texnologiya şirkəti “Nokia” ilə birgə GPON texnologiyası əsasında 1 Gbit/s sürəti texniki olaraq əldə olunub. İlkin mərhələdə “Baktelecom” bazarda 250 Mbit/s sürət tarifini təqdim edir. Növbəti mərhələlərdə tələbə əsasən 1 Gbit/s sürət tariflərinin təklif olunması planlaşdırılır.
Qeyd edilib ki, 250 Mbit/s sürətində internetin istifadəsi bu sürəti dəstəkləyən mobil, yaxud kompüter cihazlarında və müştərinin ünvanında “Baktelcom”un təqdim etdiyi yeni nəsil (ONT) modem üzərindən təmin edilir. Böyük sahələrdə isə əlavə sürət paylaşıcıdan istifadə edilməklə 250 Mbit/s sürətinin effektiv və kəsintisiz təmin edilməsi mümkündür.
Müştərilər yeni tarifdən 5 sentyabr 2023-cü il tarixindən etibarən “Baktelecom”un “155” Çağrı Mərkəzinə zəng, ərazi üzrə xidmət göstərən müvafiq şöbəyə müraciət etməklə və ya onlayn müraciət forması vasitəsilə faydalana bilərlər. Qiymət 89 manatdan başlayır.
250 Mbit/s sürətli internet:
250 Mbit/s internet - 89 AZN
250 Mbit/s internet + stasionar telefon - 92 AZN
250 Mbit/s internet + Tvin TV - 97 AZN
250 Mbit/s internet + stasionar telefon + Tvin TV - 100 AZN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)
