Neftin qiymətində 2022-ci ilin noyabrından bəri bir ilk
Brent markalı neftin qiyməti 2022-ci ilin noyabrından bəri ilk dəfə olaraq bir barel üçün 90 dolları ötüb.
Marja.az xəbər verir ki, qiymətlərin artımı Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının könüllü azaldılmasını ilin sonuna qədər uzatması məlum olduqdan sonra sürətlənib.
Bakı vaxtı ilə saat 17:36-ya olan ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,8% artaraq bir barel üçün 90,61 dollar olub. Brent 2022-ci il noyabrın 18-dən bəri ilk dəfə bir barel üçün 90 dollardan yüksək qiymətə ticarət olunub.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1 barelə görə 1,98% artaraq 87,49 dollar təşkil edib.
Səudiyyə Ərəbistanı və Rusiyanın neft tədarükünün könüllü azaldılmasını ilin sonuna qədər uzatması xəbəri ilə neft qiymətləri kəskin şəkildə yüksəlib.
Rusiya baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiya neft hasilatının əlavə könüllü olaraq 300 min barel/gün azaldılması qərarının müddətini 2023-cü ilin dekabr ayının sonuna qədər artıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır





















