Dünya Bankı Türkiyəyə əlavə 18 milyard dollar ayıracaq
Dünya Bankı yaxın 3 ildə Türkiyə üçün cəmi 35 milyard dollar ayırmağı nəzərdə tutur.
Marja.az xəbər verir ki, bunu Dünya Bankının Türkiyə üzrə Direktoru Humberto Lopez bildirib.
Lopez açıqlamasında "İqtisadiyyatı stabilləşdirəcək siyasətlərin həyata keçirilməsində Türkiyəni müşayiət etməkdə qərarlıyıq" deyib.
"Davam edən 17 milyard dollarlıq proqramımıza əlavə olaraq, biz üç il ərzində 18 milyard dollarlıq yeni əməliyyatlar hazırlayıb Dünya Bankının İdarə Heyətinə təqdim etməyi nəzərdə tuturuq. Bu məbləğə hökumətə birbaşa kreditlər və özəl sektora dəstək daxildir. Türk özəl sektoruna dəstək birbaşa sərmayələr, zəmanətlər və təxminən 5 milyard dollar ticarətin maliyyələşdirilməsi vasitəsilə ola bilər",- Lopez bildirib.
Beləliklə, bütün maliyyə alətləri nəzərə alınmaqla, ayrılacaq vəsait cəmi 35 milyard ABŞ dolları məbləğində olacaq. Qeyd edilib ki, bu paket makroiqtisadi sabitliyin bərpası üçün Administrasiyanın güclü qətiyyətinə və ən əsası atdığı addımlara cavab verir
Humberto Lopez bildirib: "Hesab edirik ki, Türkiyə Mərkəzi Bankının (TCMB) həyata keçirdiyi pul siyasətinin sərtləşdirilməsi, Maliyyə Nazirliyi tərəfindən fiskal kəsirin azaldılması istiqamətində həyata keçirilən tədbirlər düzgün istiqamətdə atılan addımlardır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır





















