Böyük Britaniya istehlakçıları Google-dan 8,7 milyard dollar tələb edir
Britaniyalı istehlakçılar Google-a qarşı onlayn reklam bazarındakı hökmranlığına görə 8,7 milyard dollarlıq iddia qaldırıblar.
Marja.az xəbər verir ki, Bu barədə “The Daily Mail” qəzeti məlumat yayıb.
Rəqabət Apellyasiya Məhkəməsinə verilən ərizədə şirkət axtarış bazarındakı hökmranlığından istifadə edərək rəqabət qanununu pozmaqda və nəticədə reklamçılar üçün qiymətlərin bahalaşmasında ittiham olunur. Reklamlar üçün daha yüksək ödənişlər son nəticədə xidmətlər və mallar üçün artan xərclər şəklində istehlakçılara ötürülür.
İstehlakçıların sözçüsü Nikki Stopford, "Google-un axtarış sistemləri üzərində hökmranlığı əslində istehlakçılar üçün qiymətləri artırıb" deyib.
O, "Avropada ən yüksək səviyyədə qərarlara və ABŞ-da şikayətlərə baxmayaraq, Google reklamçılardan daha çox pul tələb etmək üçün axtarış bazarını manipulyasiya etməyə davam edir. Bu, rəqabət qanununun açıq şəkildə pozulmasıdır və istehlakçılar bunun əvəzini ödəyirlər" deyib.
Stopford bildirib ki, iddianın məqsədi "şirkəti dəfələrlə qanun pozuntularına görə məsuliyyətə cəlb etmək və pulu istehlakçılara qaytarmaqdır".
Böyük Britaniyanın Rəqabət və Bazarlar üzrə Dövlət Xidməti daha əvvəl Google-un mobil axtarış reklam məkanında üstünlüyü ilə bağlı narahatlıqlarını dilə gətirib və şirkətin bu sahədə mümkün rəqabət əleyhinə hərəkətlərini araşdırmaqda davam edir. Dövlət Xidmətinin məlumatına görə, Google ölkədəki mobil cihazların 94 faizində standart (defolt) axtarış sistemidir.
Google sözçüsü, şirkətin "iddiaya qəti şəkildə qarşı çıxacağını" söyləyib və bunu “spekulyativ və avantürist” adlandırıb. O əlavə edib ki, istehlakçılar Google-dan istifadə edirlər, çünki bu, rahatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır























