Azərbaycan və Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır
Azərbaycan və Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır.
Bu, “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, Slovakiyanın rezidenti bu Sazişin müddəalarına uyğun olaraq Azərbaycanda vergiyə cəlb edilə bilən gəlir əldə edərsə, Slovakiya həmin rezidentin gəlirindən Azərbaycanda ödənilən gəlir vergisinə bərabər məbləğdə verginin çıxılmasına icazə verir. Bununla belə, bu cür çıxılma heç bir halda çıxılma verilməzdən əvvəl Azərbaycanda hesablanmış vergiyə cəlb edilə bilən gelirə aid olan vergi məbləğindən artıq olmamalıdır.
Əgər bu Sazişin hər hansı bir müddəasına müvafiq olaraq, Slovakiyanın rezidenti tərəfindən əldə edilmiş gəlir Slovakiyada vergidən azaddırsa, Slovakiya, qeyd olunana baxmayaraq, həmin rezidentin qalan gəlirinə vergi hesablayarkən, vergidən azad edilmiş gəliri nəzərə ala bilər.
Azərbaycanda ikiqat vergitutmanın qarşısı aşağıdakı kimi alınır: Azərbaycan Respublikasının rezidenti bu Sazişin müddəalarına uyğun olaraq Slovakiyada vergiyə cəlb edilə bilən gəlir əldə edərsə, Azərbaycan həmin rezidentin gəlirindən Slovakiyada ödənilən gəlir vergisinə bərabər məbləğdə vergi çıxılmasına icazə verir. Bununla belə, bu çıxılma Azərbaycanın qanunvericiliyinə və vergitutma qaydalarına uyğun olaraq həmin gəlir üçün hesablanmış vergi məbləğindən artıq olmamalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 18 d. əvvəl
-
- 28 d. əvvəl
- 48 d. əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
14 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU






.jpg)
.jpg)





.jpg)






