AQTA və MEDİA jurnalistlər üçün təlim keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə media subyektlərinin nümayəndələri üçün təlim keçirilib. “Qida zəncirinin əsas mərhələlərindən biri olan qida məhsullarının daşınması xidmətinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu” mövzusunda təşkil olunan təlimdə 30-a yaxın jurnalist iştirak edib.
Təlim qida məhsullarının daşınmasının müvafiq tələblərə uyğun həyata keçirilməsi, bu zaman sanitar-gigiyenik qaydalara, xüsusi temperatur rejiminə, mal qonşuluğu, eləcə də soyuq və isti zəncir prinsiplərinə əməl olunması və burada ictimai nəzarətin əhəmiyyətinə həsr olunur.
Təlimin açılış mərasimində çıxış edən AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qida sahəsində dövlət tənzimlənməsi və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması, maarifləndirmə işi əsas strateji xətt kimi seçilib. Qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi istehlakçıların həyat və sağlamlığı baxımından olduqca vacibdir. Şöbə müdiri qeyd edib ki, məhz bu nöqteyi-nəzərdən qida zəncirinin əsas mərhələlərindən biri kimi mühüm əhəmiyyət kəsb edən qida məhsullarının daşınması ilə bağlı Agentlik tərəfindən MEDİA ilə birgə həyata keçirilən təlim ictimai nəzarətin təmin edilməsi, media nümayəndələrinin peşəkar bilik və bacarıqlarının artırılması baxımından öz töhfəsini verəcəkdir.
MEDİA-nın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə media nümayəndələrinin peşəkarlığının artırılması və müvafiq sahədə mütəxəssislərin hazırlanması üzrə peşəkar və sahəvi jurnalistika təlimlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Təlimlərin jurnalistlərin inkişafı üçün səmərəliliyinə toxunan Natiq Məmmədli AQTA tərəfindən növbəti belə tədbirin təşkil edilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Təlimdə AQTA-nın Aparat rəhbəri Elxan Mikayılovun “Qida zəncirinin mühüm mərhələlərindən biri olan qida məhsullarının daşınması və çatdırılması zamanı əməl edilməsi vacib qaydalar, qanunvericilik və Agentlik tərəfindən həyata keçirilən tənzimləmə işləri”, Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin müdiri Əkbər Əliyevin “Qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, qeydiyyatın əhəmiyyəti və sahibkarlar üçün yaratdığı imkanlar”, Qida zəncirinə nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılovun “Daşınma və çatdırılma zamanı aşkarlanan uyğunsuzluqlar və Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri”, İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin “Qida məhsullarının daşınması sahəsində fəaliyyətin qanunvericiliyə uyğun tənzimlənməsində ictimai nəzarətin rolu” mövzusunda təqdimatlarla çıxış edib. Həmçinin mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb. Sonda təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd qida məhsullarının daşınması və çatdırılması xidmətlərinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu barədə jurnalistlərin peşəkarlığının, bu sahədə biliklərinin artırılması və ictimai nəzarətin gücləndirilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
11 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
11 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















