Broyler fabrikindəki partlayışın ilkin səbəbi açıqlandı
Lerik rayonunda “Lerik Broyler” MMC-nin broyler fabrikində baş verən partlayışın ilkin səbəbi məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işlilərə dəyib.
Nəticədə üç işçi xəsarət alıb. Onlardan biri hadisə yerində ölüb, digər iki nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində dağıntı olmadığı bildirilir.
Qeyd edək ki, “Lerik Broyler” MMC Azərbaycanın ən iri quşculuq müəssisələrindən biridir. MMC "Lebro" toyuqlarının istehsalçısıdır.
Hadisənin baş verdiyi "Lerik Broyler" MMC rayonun deputatı İqbal Məmmədova məxsusdur və onun atası Nəriman Məmmədovla, qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunur.
© APA, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
17 d. əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
-
- 20 d. əvvəl
- 21 d. əvvəl
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
48 d. əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 58 d. əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
MİDA-da yeni təyinat olub
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Ən çox oxunanlar
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın



















