Dünya nəhəngi Qazaxıstana 1 milyard investisiya yatıracaq - Transxəzər marşrutuna töhfə verə bilər
"Wabtec" Qazaxıstanın nəqliyyat sənayesinə təxminən 1 milyard dollar investisiya yatırmaq niyyətindədir. Bunun, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına töhfə verəcəyi bildirilir.Amerikanın “Wabtec” şirkəti Qazaxıstanın nəqliyyat və logistika sənayesinə təxminən 1 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə Nyu-Yorkda şirkətin rəhbəri Rafael Santana ilə görüşündən sonra Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
“Santana dövlətimizin başçısına Qazaxıstanda hidrogen texnologiyalarından istifadə edən lokomotivlərin və onların komponentlərinin istehsalının işə salınması, mühəndislik mərkəzinin yaradılması və texnologiya transferi üzrə hazırlanmaqda olan investisiya layihələri barədə məlumat verib. Qasım-Jomart Tokayev şirkətin nəqliyyat və logistika sənayesinə təxminən 1 milyard dollar sərmayə yatırmaq planlarını alqışlayıb və bunun Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına töhfə verəcəyini və digər infrastruktur layihələri üçün əsas olacağını qeyd edib”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, Qazaxıstan liderinin ABŞ-a səfəri çərçivəsində “Qazaxıstan Dəmir Yolları” şirkəti ilə nəqliyyat və logistika sahəsində dünya liderlərindən biri olan “Wabtec” şirkəti arasında strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.
Tokayev gələn həftə Nyu-Yorka işgüzar səfəri zamanı BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrində çıxış edəcək, həmçinin Mərkəzi Asiya-ABŞ sammitində iştirak edəcək.
"Wabtec" yük və tranzit dəmir yolu sektorları üçün avadanlıq, sistemlər, rəqəmsal həllər və əlavə dəyər xidmətləri göstərən aparıcı qlobal təchizatçıdır. Şirkətin fəaliyyəti 150 ildən çox təcrübəyə əsaslanır. "Wabtec"in dünyanın 50-dən çox ölkəsində 27 000-dən çox işçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 5 d. əvvəl
- 11 d. əvvəl
- 12 d. əvvəl
- 45 d. əvvəl
- 46 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















