Dünyamin Xəlilova qarşı 17 milyonluq mülki iddia qaldırıldı
Altı ildir həbsdə olan sabiq deputat Dünyamin Xəlilov və iş adamı Azad Cavadovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda “Aqrarkredit” ASC-nin nümayəndəsi vəsatət qaldıraraq mülki iddiaçı qismində tanınmalarını istəyib.
Kredit təşkilatı iddia edir ki, təqsirləndirilən şəxslərin əməllərinə görə onlara 17 milyon 735 min manat ziyan dəyib.
Məhkəmə vəsatəti əsaslı hesab edərək təmin edib. Qərara əsasən, “Aqrarkredit” ASC mülki iddiaçı kimi tanınıb. Prosesin davamında prokuor ittiham aktını elan edib.
İttihama görə, Dünyamin Xəlilov və Azad Cavadov 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəyiblər.
Qeyd olunan əməllərə görə, D.Xəlilov və A.Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.
Dünyamin Xəlilov və Azad Cavadov verilmiş ittihamlara münasibətdə özlərini təqsirli bilməyiblər.
Proses oktyabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər ikisi məhkumdur.
Dünyamin Xəlilov 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1 (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2 (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) 32.4, 309.2 (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinib.
D. Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Dünyamin Xəlilov, həm də bankın rəhbəri olmuş Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D. Xəlilov idarə edib.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























