"Sizin Lombard"a yenidən pul lazımdır - 12%-LƏ BORC ALIR
“GL” ASC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur4 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ("Sizin Lombard" ticarət nişanı) ümumi dəyəri 425 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Bu barədə Marja.az-a Bakı Fond Birjasından bildirilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 425 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12%, ödəmə periodu ayda bir dəfə, tədüvül müddəti 5 ildir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, Mərkəzi Bank “GL” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 3025 ədəd istiqrazını dövlət qeydiyyatına alıb. Bakı Fond birjası şirkətin 3 milyon 25 min manatlıq istiqrazının 425 min manatlıq hissəsini listinqə daxil edib. Qalan hissə mərhələli şəkildə yerləşdiriləcək.
Bundan əvvəl "Sizin Lombard" şəbəkəsini idarə edən "GL" ASC illik faiz dərəcəsi 15% olan 1,5 milyon dollarlıq istiqraz buraxıb və tam yerləşdirilib.
"GL" ASC-nin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur. "GL" ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən hüquqi şəxsdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)




.jpg)


