Azərbaycanda yaradılacaq Rəqabət Komissiyasının müstəqil qurum olması təklif edilir
Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsində Rəqabət Komissiyasının formalaşdırılması, onun İqtisadiyyat Nazirliyinin səlahiyyətində olması təklif edilir, bu isə düzgün deyil.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vüqar Bayramov bildirib.
"Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsinə əsasən, rəqabət orqanı Rəqabət Komissiyası yaradır və onun üzvlərini təyin edir. Belə olduqda bu komissiyaya ehtiyac yoxdur. Çünki rəqabət orqanı təqdim edilən məsələlərə özü baxıb qərar verə bilər. Odur ki, Rəqabət Komissiyasının müstəqil qurum olması vacibdir", - deyə o qeyd edib.
Rəqabət reyestrinin yaradılması təklif edilib
Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsinə rəqabət reyestrinin yaradılmasının əlavə edilməsi təklif edilir.
Belə bir təkliflə deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.
"Bu, bir çox ölkələrdə tətbiq edilir. Burda məqsəd rəqabəti pozan şirkət və sahibkarlarla bağlı məlumatı digər sahibkarlarla bölüşməkdən ibarətdir. Bu, həmin şirkətlərin rəqabəti pozan şirkətlərlə davranış və qərarlarına təsir edəcək", – deyə deputat əlavə edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)


