P&G Paris 2024 Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan yığma komandasını dəstəkləyəcək
(®) Paris 2024 Olimpiya Oyunlarının beynəlxalq tərəfdaşı Procter&Gamble şirkəti Azərbaycan milli komandasının bu oyunlarda iştirakını dəstəkləyəcək.
Qlobal şirkət bu barədə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) ilə müqavilə imzalayıb. Müqaviləyə Procter&Gamble şirkətinin Qafqaz və Orta Asiya Respublikaları üzrə baş direktoru İrakli Qabriadze, MOK vitse-prezidenti Çingiz Hüseynzadə və MPK prezidenti Hidayət Abdullayev imza atıb. İmza mərasimində tərəflərin rəhbərlik və təmsilçiləri, idmançılar və media nümayəndələri iştirak edib.
Müqavilə çərçivəsində Procter&Gamble şirkəti Azərbaycanı təmsil edən idmançıların Olimpiya və Paralimpiya Oyunlarında iştirakını təmin etmək üçün müəyyən öhdəliklər yerinə yetirəcək. Bundan başqa, olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar Procter&Gamble şirkətinin marketinq fəaliyyətlərində iştirak edəcəklər. Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr edilmiş bu müqaviləyə əsasən, şirkət 13 paralimpiyaçı və 12 olimpiyaçı olmaqla, 25 atleti dəstəkləyəcək.
Procter&Gamble şirkətinin Qafqaz və Orta Asiya Respublikaları üzrə baş direktoru İrakli Qabriadze bildirib ki, P&G 2012-ci ildə London Olimpiya Oyunlarında Milli Olimpiya Komitəsinin, 2020-ci ildə Tokio Olimpiya Oyunlarında Milli Paralimpiya Komitəsinin “Məğrur tərəfdaş”ı, “Bakı-2015” Avropa Oyunlarında birinci rəsmi tərəfdaş olub. İmzalanmış müqavilələr uşaq və gənclər arasında idmanın populyarlaşmasına töhfə verməklə yanaşı, olimpiya oyunlarında iştirak edən idmançıların dəstəklənməsinə xidmət edib. O, həmçinin əvvəlki uğurlu kampaniyalar kimi idmançıları həvəsləndirən “Anam üçün” kampaniyasını, yeniyetmələr üçün olimpiya düşərgələrini, Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq və Tokio 2020-nin çempionlarının iştirakı ilə keçirilən #OyunaDavam kampaniyasını xatırladıb.
“Procter & Gamble bu il Azərbaycanda fəaliyyətinin 25-ci ildönümünü qeyd edir və biz Olimpiya və Paralimpiya Oyunlarında milli komandaya dəstək olmaq imkanı qazanmağımızdan qürur duyuruq. Bu yaxınlarda əfsanəvi “Neftçi” Futbol Klubu ilə də tərəfdaşlıq müqaviləsi imzaladıq. İdman sahəsində bu əməkdaşlıqlar şirkətimizin Azərbaycanda gənclər arasında sağlam həyat tərzinin təbliğinə töhfəsidir. Paris 2024 Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan komandasını dəstəkləməklə 25 ildir fəaliyyət göstərdiyimiz ölkənin adının ucalmasına töhfə vermək istəyirik. Əminik ki, milli komanda bizi yüksək nəticələrlə sevindirəcək”, - deyə İrakli Qabriadze əlavə edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə belə əməkdaşlıqların ölkədə idmanın inkişafı üçün böyük uğur olduğunu bildirib: “Bu gün Azərbaycan Olimpiya nailiyyətləri və ev sahibliyi etdiyi beynəlxalq yarışlarla dünya idmanının mərkəzlərindən birinə çevrilib. Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Baxın, Avropa Olimpiya Komitəslərinin prezidenti Spiros Kopralosun ölkəmizə səfərləri və bir sıra önəmli görüşlərin keçirilməsi buna əyani sübutdur. Davamlı inkişaf və uğurlarımızda tərəfdaşlarınmızın da rolu önəmlidir. Beynəlxalq Olimpiya Komitəsinin qlobal tərəfdaşı P&G şirkətinin məğrur tərəfdaşlarımız siyahısına daxil olması isə əhəmiyyətli yenilikdir. Paris 2024 Olimpiya Oyunlarında P&G şirkəti ilə birgə addımlayacaq, birlikdə uğur qazanacağıq”.
Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev Azərbaycan paralimpiyaçılarının müxtəlif Avropa, Dünya və beynəlxalq yarışlarda dəfələrlə yüksək nəticələr əldə etdiyini, ölkə rəhbərliyinin qayğısı nəticəsində paralimpiya hərəkatına marağın daim artdığını diqqətə çatdırıb. “Bugünə kimi idmançılarımız 7 yay və 1 qış paralimpiya oyunlarında 23 qızıl, 19 gümüş və 5 bürünc olmaqla, ümumilikdə, 47 medal qazanaraq, yüksək nəticələr göstəriblər”, - deyən Hidayət Abdullayev paralimpiyaçılarımızın növbəti qələbələr qazanacağına əminliyini və “Procter&Gamble” şirkətinə göstərdiyi dəstəyə və təşəbbüsə görə minnətdarlığını bildirib, Paris 2024 Olimpiya və Paralimpiya Oyunlarında idmançılarımıza böyük qələbələr, uğurlar arzulayıb.
Tədbirdə çıxış edən idmançılar paralimpiyaçı Dürsədəf Kərimova və olimpiyaçı Sənan Süleymanov öz təəssüratlarını iştirakçılarla bölüşüb, göstərilən diqqət və dəstəyin onları daha da güclü etdiyini və Azərbaycanı təmsil etməkdən qürur duyduqlarını bildiriblər.
Qeyd edək ki, indiyədək Azərbaycan idmaçıları Paris 2024 Olimpiya və Paralimpiya Oyunlarında iştirak üçün 14 (8 olimpiya, 6 paralimpiya) lisenziya qazanıblar.
“Procter&Gamble” (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head&Shoulders® , Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard®, Braun®, Old Spice®, Herbal Essences® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
10 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
11 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
11 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
11 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar














.jpg)



.jpg)



