Azərbaycanın dövlət büdcəsidə bir çox vergi üzrə daxilolma proqnozu artırılır
Fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 12 % artırılır
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 895 milyon manatının və yaxud 5,55 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,5 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
Hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz 24 % azaldılır
Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz 24 % azaldılır
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 5 milyard 675,6 milyon manatının və yaxud 16,6 %-nin hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 24,1 % azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
Əlavə dəyər vergisi üzrə proqnoz 5 % artırılır
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 7 milyard 591 milyon manatının və yaxud 22,2 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,3 % çoxdur.
Əlavə dəyər vergisi üzrə daxilolmaların 3 milyard 376 milyon manatını və yaxud 44,5 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 215 milyon manatını və yaxud 55,5%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 7,3 % və 3,8 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
Sadələşdirilmiş vergi üzrə proqnoz 3 % artırılır
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 333,3 milyon manatının və yaxud 1 %-nin sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,6 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
Hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz 8 % artırılır
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 336 milyon manatının və yaxud 1 %-nin hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,7 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
Hüquqi şəxslərin torpaq vergisi üzrə proqnoz 3 % artırılır
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 47,4 milyon manatının və yaxud 0,1 %-nin hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
Yol vergisi üzrə proqnoz 1 % artırılır
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 127,4 milyon manatının və yaxud 0,4 %-nin yol vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,2 % çoxdur.
Yol vergisi üzrə daxilolmaların 90,4 milyon manatını və yaxud 70,6 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 37 milyon manatını və yaxud 29,4 %-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 5,2 % çox və 7,5 % azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
Mədən vergisi üzrə proqnoz 2 % azaldılır
Azərbaycanda mədən vergisi üzrə proqnoz 2 % azaldılır
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 158,3 milyon manatının və yaxud 0,5 %-nin mədən vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,3 % azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
© "Report"
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
5 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib






.jpg)




.jpg)








