Azərbaycan Texnologiya Universitetində “Kapital Bank otağı” istifadəyə verildi
(®) Prioritet istiqamətlərindən biri də təhsilə dəstək olan ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirib. Əməkdaşlıq çərçivəsində İqtisadiyyat kafedrasının nəzdində “Kapital Bank otağı”nın açılışı baş tutub. Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri, Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən bankın İstedadların idarə edilməsi departamentinin direktor müavini Azadə Hacıyeva bildirib ki, “Biz Bakı şəhərində artıq bir neçə universitetdə dərs otaqlarının açılışını etmişik. Bu gün isə regionda ilk olaraq Gəncədə Azərbaycan Texnologiya Universitetində müasir texnoloji tələblərə uyğun olan “Kapital Bank otağı” tələbələrin istifadəsinə verilir. Biz düşünürük ki, innovativ, rəqəmsallaşan dünyada tələbələr peşəkar mütəxəssis olmaq üçün ən müasir yeniliklərlə dərsə cəlb olunmalı, öyrənməlidirlər. Bu otağın yaradılmasında da məqsəd tələbələrə səmərəli və faydalı öyrənmə şəraiti yartamaqdır”.
Bankın Pərakəndə satış departamentinin rəhbəri Məhəmməd İbrahimov isə çıxışında təhsilə dəstək yönümlü əməkdaşlıqları yüksək qiymətləndirib. O, bildirib ki, “Biz bu sahədə memorandumlar imzalayır, ali məktəblərlə əməkdaşlıq edir, təqaüd proqramları keçirir, tələbələrin bankda istehsalat təcrübəsi keçməsi üçün mümkün qədər şərait yaradırıq. Kapital Bank 5000 dən çox əməkdaşı ilə həm də sektorun ən böyük işəgötürən şirkətlərindən biridir. Bu imkandan yararlanan gənclər yaxın gələcəkdə ölkəmiz üçün faydalı, peşəkar mütəxəssislərə, eləcə də həmkarlarımıza çevriləcəklər. Biz böyük həyəcanla onları komandamızda gözləyirik”.
Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov isə bu təşəbbüs və dəstək üçün Kapital Bank rəhbərliyinə təşəkkürünü bildirib. “Yaşadığımız IV sənaye inqilabı dövründə təminatlı, müasir həllər təqdim edən hərtərəfli təhsil həm də əmək bazarı üçün peşəkar kadr hazırlığı deməkdir. “Kapital Bank otağı” bu istiqamətdə bizə geniş imkanlar yaradacaq”.
Daha sonra tədbir iştirakçıları 28 nəfərlik innovativ tədris otağı ilə tanış olublar. Ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilən otaq tələbələr tərəfindən də maraqla qarşılanıb. Eyni zamanda ali məktəb və bank arasında gələcək layihələr müzakirə edilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
9 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
9 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
10 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar















.jpg)


