Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı üzrə şirkətlərin sayı daha çox artıb
2023-cü ilin yanvar-sentyabr ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 6,5 faiz artaraq 2023-cü il oktyabrın 1-i vəziyyətinə 194 min 631 olmuşdur.
Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “İnformasiya və rabitə”, “İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olmuşdur.
“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Peşə, elmi və texniki fəaliyyət” və “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olmuşdur.
Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (32,8%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (15,3%), “Tikinti” (9,4%), “Peşə, elmi və texniki fəaliyyət” (7,3%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (6,5%), “Emal sənayesi” (6,0%) və “İnzibati və yardımçı xidmətlərin göstərilməsi” (5,7%) sahələrinin payına düşür.
Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (24,5%), İran (11,2%), Rusiya (7,1%), Böyük Britaniya (4,0%), ABŞ (1,6%) və Almaniya (1,1%) kimi ölkələrin sahibkarları tərəfindən yaradılmışdır.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində ləğv edilmiş statistik vahidlərin 19,1 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 15,5 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 9,8 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 8,4 faizi “Tikinti”, 7,9 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 7,5 faizi “Emal sənayesi”, 5,7 faizi “Nəqliyyat və anbar təsərrüfatı” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 41,8 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 8,7 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 6,9 faizi “Emal sənayesi”, 6,5 faizi “Tikinti”, 6,2 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,1 faizi “Nəqliyyat və anbar təsərrüfatı” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)








